Təxminən bir saat əvvəl yaşadığımız Passau şəhərinin polis idarəsində idim və oğlumla bağlı məndə olan bütün məlumatları onlara verdim. Materiallar oğlumun yaşadığı, təhsil aldığı Yena şəhərinin polis idarəsinə göndərildi.
Bu sözləri ONN media-ya açıqlamasında İranda itkin düşən Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. O, oğlunun axtarışının davam etdirildiyini bildirib:
“Yena Polis İdarəsi oğlumun dostlarını, onun otaq yoldaşlarını dindirəcək, universitetdə araşdırma aparacaq. Eyni zamanda Türkiyənin “Peqasus” aviaşirkətinə Fəridin təyyarəyə minib-minmədiyi haqqında sorğu göndəriləcək. Çünki oğlumun 6 martda gəlməli olduğu Tehran-İstanbul-Berlin reysini “Peqasus” yerinə yetirib. Digər tərəfdən polis idarəsindən oğlumun İstanbulda enmə ehtimalının da olduğunu bildirdilər. Əgər aviaşirkət Fəridin təyyarəyə minmədiyini və İstanbulda enmədiyini təsdiqləsə, sonrakı mərhələdə İranın Almaniyadakı səfirliyinə müraciət ediləcək”.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi martın 9-da Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin İranda itkin düşməsi ilə bağlı bu ölkəyə nota verib.



İtkin düşən Fəridin anası nələri açıqladı- MÜSAHİBƏ
İranda həbs edilən Fəridlə bağlı xəbər var
Fərid Səfərlinin anasından açıqlama
İranda saxlanılan Fəridin anası müraciət etdi
İranda həbs edilən Fəridin anasından xahişi
Həbs olunan Fəridin anasında SON DURUM AÇIQLAMASI
İranda həbs olunan Fərid nələri danışdı?
İtkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
Bakıda gecə saatlarında evdən qaçan 13 yaşlı qızla bağlı YENİ XƏBƏR
SON DƏQİQƏ: Azərbaycan İrana nota verdi
Azərbaycanda 20 yaşlı oğlan itkin düşdü
Bakıda film kimi olay
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 