“Mənzilimizin “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında əlimizdən alınması və bu məsələnin həllinə yardım göstərilməsi ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etməmişdim. Mehriban Əliyeva özü bu barədə məlumatı mətbuatdan oxuyub və operativ olaraq problemimizin həlli üçün göstəriş verib. Mehriban xanıma minnətdarıq”. Bunu Trend-ə Ali Məhkəmənin qərarı ilə mənzili əlindən alınan, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova deyib. Onun sözlərinə görə, ötən gün Ali Məhkəmə İ.Axundovun iddiası əsasında şəhid zabit S.Axundovun ailəsinin Bakının Yasamal rayonunda yerləşən 50 kvadratmetrlik mənzilinin əlindən alınması haqqında qərar çıxarıb. Şəhid ailəsi olaraq daim dövlətin qayğısını hiss etdiklərini deyən N.Axundova haqq-ədalətin qalib gələcəyinə hər zaman inandığını bildirib. O, Mehriban Əliyevanın göstərişi ilə Bakının Nərimanov rayonunda 3 otaqlı mənzillə təmin olunduqlarını deyib. Qeyd edək ki, Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqqında qərar çıxarıb. Yaranmış vəziyyətlə əlaqədar Heydər Əliyev Fondunun nümayəndələri şəhid zabitin ailəsi ilə görüşüb və Vətən uğrunda döyüşlərdə həlak olmuş Sənan Axundovun xatirəsinin əziz tutulması, onun ailəsinin üzləşdiyi problemin həlli ilə bağlı Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Nərimanov rayonunda yeni mənzillə təmin olunduqlarını bildiriblər.
Şəhid zabitin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi



Mehriban Əliyeva evi əlindən alınan aprel şəhidinin ailəsinə mənzil bağışladı
Mehriban xanım, var olun! - FOTO
“Şərurlu İsfəndiyar” aprel şəhidinin evini ailəsinin əlindən aldı
Rafiq Hüseynovun həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi
Birinci xanım şəhid ailəsinin mənzil problemini həll etdirdi
Qarabağ qazisi Mehriban Əliyevaya təşəkkür etdi
Mehriban Əliyevadan şəhid ailələrinə BÖYÜK JEST
Mehriban Əliyeva 12 şəhid ailəsiylə bağlı tapşırıq verdi
Rusiya portalında Mehriban Əliyeva haqda məqalə dərc edildi
Mehriban Əliyevadan şəhid ailəsinə JEST
Mehriban Əliyeva Uşaq Mərkəzində
Mehriban Əliyeva Qarabağ əlillərini protezlə təmin etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 