Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin. ONN media milli.az-a istinadən xəbər verir verir ki, Elinanın xalası qızı Diana Hacıyeva jurnalistlərə açıqlamasında bildirib ki, bu sözləri dəftərinin bir küncünə aprelin 4-də 162 saylı məktəbin 8-ci sinif şagirdi, Elina Hacıyeva yazıb. Diana Hacıyeva bildirib ki, o onunla eyni sinifdə oxuyub: "59 saylı məktəbdə Cahad adında oğlanla Elina ölməmişdən iki ay əvvəl tanış olmuşdular. Bir dəfə oğlan Elinanı çağırdı, onu məndən uzaqlaşdırmaq, özü ilə aparmaq istədi, mən onları güddüm, gördüm ki, oğlanın əlində bükülü var, açdı, Elinaya göstərdi, təklif elədi. Elina oğlanı itələyib mənə tərəf qaçdı, dedi, burdan tez gedək, o, mənə marixuana vermək istəyir.
O oğlan Elinaya demişdi ki, "tramal" dərmanı içir. Marixuana söhbətindən sonra ayrıldılar. Ancaq ölənə yaxın Elina dedi ki, oğlanla yenə barışıb. Elina özünü atmamışdan əvvəl zəng elədi, dedi ki, mənə vacib sözü var, mənsə bildirdim ki, anam evdə qapını üzümə bağlayıb gedib, sabah görüşərik. Sabahı gün məktəbə getməmişdim, günortaya yaxın anam dedi ki, Elina məktəbdə yıxılıb. Anam mənə onu deyəndə bildim ki, o, yıxılmayıb, özünü atıb. Çünki özünü öldürmək istədiyini tez-tez deyirdi. Deyirdi, məni heç kəs çox istəmir, hamı məni təhqir eləyir". Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib. Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb."Qəbrimin üstünə gəlməyin..." - İntihar edən Elinanın tükürpədici MƏKTUBU ÜZƏ ÇIXDI



İntihar edən Elinanın anasının insanları ŞOK edən yazışması yayıldı – FOTO
Elinanın ölüm işi: hadisə necə olub? – Bayramova danışdı
“Təcili yardımın çağırılmasını istədim, direktor mənə hirsləndi” - "Elina işi"
Xalidə Bayramova danışdı- "Elinanın videosunu mən..."
Mətkəb direktoru ölən Elinanın anasına susması üçün elə birşey təklif etdi ki...
Elina ilə bağlı ŞOK FAKTLAR- Direktor 2 saat...
Məktəb direktoru: “Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı"
Özünü məktəb binasından atan şagird öldü
Elinanın atası danışdı: "Ölümündən 2 gün öncə zəng edib demişdi ki..."
125-ci maddəyə xitam verildi - Elina işində yenilik
Şagirdi intihar edən məktəbin direktoru ilə bağlı YENİ FAKTLAR
Elinanın anası 3 vəkil təmənnasız müdafiə edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 