Əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən əmək pensiyası alanlar) üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü təsis edilib.
Aprel ayı üzrə pensiyaların ödənişinə başlanılsa da, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslərə və müharibə veteranlarına pensiyalarla birgə yeni təsis olunmuş təqaüdlərin hələ ki, verilməməsi ilə bağlı narahatlığa əsas yoxdur.
ONN media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.
F.Talıbov bildirib ki, qeyd olunan təqaüdlər yeni təsis edildiyi üçün bu istiqamətdə texniki prosedurların həyata keçirilməsi müəyyən vaxt tələb edir: "Ona görə də vətəndaşların diqqətinə çatdırırıq ki, onlar həmin yeni təsis olunmuş təqaüdlərini elə aprel ayından alacaqlar. Yəni əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən əmək pensiyası alanlar) üçün yeni təyin olunmuş aylıq təqaüdlərin elə aprel ayından hesablanmaqla bu ayın sonunda verilməsi təmin olunacaq".



Müavinətlər və təqaüdlər artdı - Nazirlik
Bu şəxslərə gələn aydan Prezident təqaüdü veriləcək
Çernobıl əlillərinə birdəfəlik maddi yardım verildi
Azərbaycanda yeni Prezident təqaüdləri təsis edilib
Əlillərin müavinətləri bu qaydada artırılacaq - İZAH
Bu gündən sosial müavinətlərin məbləği artır
Sosial müavinət və təqaüdlər yeni artımla birgə veriləcək
Sosial müavinətlər artırıldı - SƏRƏNCAM
Müharibə veteranlarına ŞAD XƏBƏR
Sabahdan sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri artır
Bu ayın pensiya ödənişləri tamamlandı
Bu şəxslərə Prezident təqaüdü veriləcək - FƏRMAN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 