Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, 14 kateqoriya üzrə sosial müavinətlərin və 7 kateqoriya üzrə Prezident təqaüdlərinin orta hesabla 100 faiz artırılması, həmçinin 2 kateqoriya üzrə yeni Prezident təqaüdlərinin təsis edilməsi üçün müvafiq normativ aktlar hazırlanaraq aiddiyatı üzrə təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN media -ya verilən məlumata görə, bunu nazir Sahil Babayev KİV-ə müsahibəsində bildirib. Nazir qeyd edib ki, yaxın günlərdə müvafiq sənədlər imzalanacaq. Aprelin 1-dən artımlar tətbiq olunmaqla, yeni təqaüd növləri də təsis olunacaq. Eyni zamanda, artırılmış sosial müavinət və təqaüdlər elə aprel ayında yeni artımla birgə veriləcək, yeni təqaüd növlərinin də ödənişi gələn aydan təmin ediləcək. S.Babayev Sərəncamın ən həssas kateqoriyalardan olan 600 minədək vətəndaşı, o cümlədən əlilliyi olan 300 min şəxsi əhatə etdiyini deyib. O, sosial müavinətlərin və təqaüdlərin artırılması, həmçinin yeni təqaüdlərin təsis olunması üçün illik əlavə olaraq 400 milyon manat vəsait ayrılacağını bildirib.
Sosial müavinət və təqaüdlər yeni artımla birgə veriləcək



Bu gündən sosial müavinətlərin məbləği artır
Müavinətlər və təqaüdlər artdı - Nazirlik
Əlillərin müavinətləri bu qaydada artırılacaq - İZAH
İyun ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ÖDƏNİLDİ
İlham Əliyevdən yüz minlərlə vətəndaşa ŞAD XƏBƏR
Bu şəxslərə gələn aydan Prezident təqaüdü veriləcək
Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
Bu ayın müavinət və təqaüdləri ödənildi
Nazirdən şəhid ailələri və müharibə əlillərinə veriləcək evlərlə bağlı AÇIQLAMA
30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Yeni təqaüdlər nəvaxt veriləcək?
Prezident tapşırığı: Nazir şad xəbəri elan etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 