Ermənistan kimi kiçik iqtisadiyyatı olan bir ölkənin külli miqdarda borclanması ölkə iqtisadiyyatı üçün ciddi təhdidlər yaradır.
ONN media xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Ermənistanın xarici borclarının artması ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistan iqtisadi modelində potensial olaraq bu borcların geri qaytarılması imkanları yoxdur:
“Yeganə imkan başqa yerlərə baş vurub, borc alaraq borcların qaytarılmasıdır. Bundan əlavə, bu il Ermənistanda 3 il əvvəl buraxılan 3 milyarda dollara yaxın avrobondların da qaytarılmasının vaxtı çatır. Çox güman ki, onlar yenidən dövlət zəmanəti ilə qiymətli kağızlar buraxaraq, oradan qazandıqları pulu digər borclara yönəldəcəklər. Bu da borc yükünün daha da artmasına, borclara gələn faizlərin yüklənməsinə səbəb olacaq. Hazırda Ermənistan iqtisadiyyatı üçün kifayət qədər riskli situasiya yaranıb.
Böyük ehtimalla ya Avropa Birliyi ölkələrindən kömək istəyəcəklər, ya da əvvəlki qaydada Rusiya ilə müəyyən danışıqların nəticəsində maliyyə yardımı almağa çalışacaqlar. Ermənistan iqtisadiyyatı öz-özlüyündə bu yükü qaldırmaq gücündə deyil”.
Ekspert bildirib ki, xarici borcların həcminin artması gələcəkdə Paşinyan hökumətinin mövqeyini zəiflədə bilər:
“Hələlik Ermənistanda seçkilərdən çox az bir müdət keçib. Ermənistan cəmiyyətində “inqilab” eyforiyası bitdikdən sonra real problemlər artdıqca bu problemlər əhalinin cibinə, yaşayış tərzinə təsir etdikcə Paşinyanın bu gün çox yüksək olan nüfuzu getdikcə azalmağa başlayacaq. Məsələn, yanvarın 1-dən Ermənistanda qiymət artımı sürətlənib. Hazırda həm dövlət tərəfindən tənzimlənən qiymətlərdə, həm də ərzaq məhsullarından tutmuş geyimə qədər inflyasiyanın sürətlənməsini görürük.
Əslində, Ermənistanın indiki hökuməti israr edir ki, demokratik seçkilər yolu ilə hökuməti dəyişmək mümkündür. Son seçkiləri də buna misal göstərirlər. Əgər belə bir böhran yaransa, Paşinyan hökuməti xalqın inamını yoxlamaq üçün və ya gələcək inqilabların, çevrilişlərin qarşısını almaq üçün növbədənkənar parlament seçkilərinə gedə bilər. Bu məsələdə xarici təsirlərin, əsasən də Rusiyanın rolu ola bilər. Ermənistanın yeni hökuməti getdikcə Rusiyanın maraqlarına zidd addımlar atsa, Rusiyanın bu ölkə daxilində kifayət qədər rıçaqları var ki, onları mobilizə edərək Paşinyan hökumətinə qarşı yeni bir xalq hərəkatı yarada bilər. Paşinyan hökuməti də tez-tez bəyan edir ki, belə bir şey baş versə, yenidən seçkilərə gedərək güvəni təzələmək istəyəcək. Gələcəkdə Ermənistanda çox qarışıq və maraqlı proseslərin olması ehtimalı var. İqtisadi çətinliklər çoxaldıqca bu qarışıqlığın da artması gözlənilir”.
Qeyd edək ki, Ermənistan hökuməti daxili borclanmasını aktiv şəkildə artırmağa başlayıb. Hazırda Ermənistanın dövlət borcu 6,934 milyard dollardır. Bundan öncə Ermənistan mətbuatı rəsmi İrəvanın il ərzində təxminən yarım milyard xarici borc almağı və dövlət borcunu 7,4 milyarda çatdırmağı planlaşdırdığı barədə məlumat yaymışdı.axar.az



Ermənistanda vəziyyət pisləşir
Bu gün Rusiya defolt ola bilərmi?
"Rusiya bazarı Azərbaycan iqtisadiyyatı üçün böyük və ənənəvi bazardır"- İqtisadçı
Ermənistana BÖYÜK ŞOK: Bu aydan etibarən...
İrəvan sürətlə silahlanır- NƏYƏ HAZIRLAŞIR?
Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzəştə gedə bilər
Bu şəxslərin banka borcu bağışlanacaq
190 manatlıq yardım prosesi niyə uzanır?
Zəngəzur dəhlizi Ermənistan üçün vacibdir – Koltaşov
İran Ermənistana buna görə artıq "yalvarır"
Elman Rüstəmov: “Neftin bugünkü qiyməti Azərbaycan iqtisadiyyatı üçün təhlükəli deyil"
Əgər bunu etməsək Ermənistan məhv olar
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 