Ermənistan bir tərəfdən dekabr ayına qədər sülh müqaviləsinin imzalanmasına hazır olduğunu deyir, digər tərəfdən aktiv şəkildə silahlanmaya fokuslanıb. Aydın məsələdir ki, Ermənistan bu silahları İrana, Rusiyaya, Gürcüstana qarşı yox, Azərbaycana qarşı istifadə edəcək.
Bu sözləri politoloq Turab Rzayev Ermənistanın Fransa ilə silah sazişinin imzalanması məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistanda partizan müharibəsinə, terror aktlarına hazırlaşırlar:
“Bütün bunlar Azərbaycana qarşıdır. Ermənistan tək Fransadan yox, Fransa ilə yaxın olan başqa ölkələrdən də son illərdə milyardlarla dollar həcmində silah alıb. Yeni hərbi formasiyalar yaranıb. Ermənistanda ASALA-nı yenidən diriltmək üçün çalışırlar. Bu yaxınlarda VOMA təşkilatını elan etdilər. O da ASALA-nın yeni formasıdır.
Ermənistan bir tərəfdən sülhü təmin etmək barədə danışır, digər tərəfdən Fransanın Qafqaza müdaxiləsinə şərait yaradır və kütləvi şəkildə silahlanır. Bütün bunlar Ermənistanın niyyətinin birmənalı olmadığına işarədir. Məhz bu da regionda gərginlik yaradır. Tək Azərbaycan deyil, regional dövlətlər, İran və Rusiya da açıq şəkildə Qərbin Ermənistan üzərindən bölgəyə gəlməsinə və bölgədə silahlı münaqişəyə qarışmasına etiraz edir. Bu hadisə istər-istəməz bölgədə siyasi təzyiqi yüksəldir. Çox yaxşı olar ki, Ermənistan ya sülh müqaviləsi üçün hazırlaşsın, ya da konkret şəkildə bütün resurslarını silahlanmaya xərcləsin və müharibəyə hazırlaşsın. İkisi ilə də məşğul olmaq çox ciddi suallar yaradır”, - o bildirib.



Ermənistan hər yerdə silah axtarır- Nəyə hazırlaşır?
Ermənilər sülhə hazırlaşır?
Fransanın Ermənistana göndərdiyi silah-sursatda Rusiya barmağı: Hansı marağı var?
MN təcili məlumat yaydı
İrandan Ermənistana daha bir XƏBƏRDARLIQ
Azərbaycan XİN rəsmi məlumat yaydı
Sülh sazişinin imzalanmasına nə mane olur?
Ermənilər PUA ilə bağlı sirlərini niyə açıqladı
Ukrayna Azərbaycana silah göndərib?
Ermənistanın hərbi itkilərinin dəyəri nə qədərdir? - AÇIQLANDI
Qarabağda gərginlik: ŞƏHİDİMİZ VAR
Ermənistan sərhəddə təxribat törədəcək- XƏBƏRDARLIQ
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 