Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, paytaxtımız Bakı şəhərini daha da gözəlləşdirmək, buranı gözəl məkana çevirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyası həyata keçirilir. Bununla əlaqədar bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanmış və ilkin olaraq bu işlər sinaq kimi Nərimanov rayonunda başlanmışdır. Artıq iyul ayının 10-dan etibarən Konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start verilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır. Quraşdırılan konteynerlər 2 rəngdə - yaşıl və narıncı rəngdə olacaqdır. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq. Bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək. Bununla əlaqədar olaraq Nərimanov rayon sakinlərini layihəyə dəstək verməyə və bu işdə fəal iştirak etməyə çağırırıq! Sakinlərə prossesləri izah edilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələri əhali ilə məhəllələrdə görüşlərə başlayır, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, mənzillərə broşyuralar paylanılır. Gələcəkdə bu işlər digər rayonlarda da aparılacaqdır.
Nəhayət Bakıda yeni layihə - FOTO



Mənzillərə paketlər paylanacaq: Tullantılara görə
Bakıda mənzillərə zibil paketəri paylanıldı - Foto
Bakı Şəhər İcra Hakimiyyəti yeni qurum yaratdı
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu ərazi nəzarətə götürüldü
Paytaxtda ingilis layihəsinin tətbiqi uğurla davam edir
Sakinlər yeni zibil yeşiklərindən niyə istifadə edə bilmirlər?
Bakıya gətirilən zibil konteynerlərinin qiyməti nə qədərdir?
Şuşada smart konteynerlər qoyulacaq
Bir sıra məmurlar ciddi cəzalandırıldı
Bakıya kommunal təyinatlı avtonəqliyyat vasitələrinin növbəti partiyası gətirildi
Eldar Əzizovdan icra başçılarına XƏBƏRDARLIQ
Şəhərdə tullantıların daşınması istiqamətində köklü dəyişikliklərə başlanılıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 