“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzindən daxil olan məlumata görə, mərkəzdə 750-ə yaxın it əməliyyat edilib, çiplərlə təmin edilib.
Qurumdan ONN media-ya verilən məlumata görə, itlər küçələrdən toplanılır, mərkəzdə baytarlar tərəfindən müayinə edilir, sağlam olanlar peyvəndləşdirilir, qısırlaşdırılır, çipləşdirilir və azadlığa buraxılır.
“Xəstə, aqressiv heyvanlar humanist yol ilə evtanaziya olunur. Bu metod bütün dünyada tətbiq edilir. Ondan başqa "Toplan" əməkdaşları hər həftə məktəblərdə "açıq dərslər" keçirirlər.
Dəsrlər zamanı şagirdlər itlərin müdafiəsi, qorunması istiqamətində maarifləndirilir, uşaqlara itlərə sevgi hissi aşılanır.
"Toplan"ın fəaliyyətə başladığı 1 mart 2019-cu il tarixindən bizə vətəndaşlardan, dövlət və qeyri-dövlət müəssisələrindən 1000-dən artıq məktub və zəng daxil olmuşdur.
Briqadalarımız bu müddət ərzində 80-dən artıq səfər həyata keçiriblər. Mərkəzdə 750-ə yaxın it əməliyyat edilib, çiplərlə təmin edilib”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini parçalayıb. İt quduz olduğu üçün uşağı dişləyən kimi ölüb.
Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb. H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib. Hazırda müalicəsi davam etdirilir.



Qənirə Paşayeva "Toplan"dakı bu itə sahib çıxdı
Bakıda 1 milyon sahibsiz küçə iti varmış - DƏHŞƏTLİ STATİSTİKA
Sahibsiz itlərə qayğı mərkəzinin açılışı oldu - FOTOLAR
Leyla Əliyeva Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə iştirak etdi
Sahibsiz itlərin problemi həll olundu
Lənkəranda BÖYÜK ƏMƏLİYYAT: Həbs olunanlar var
Uşaqlara işgəncə verənlərə inanılmaz cəza tələbi
Leyla Əliyevadan təşəbbüs: Bakıda sahibsiz itlər sterilizasiya olunacaq
Gömrükçülər 244 kq heroin aşkarladı
İzmirdə əməliyyat- 47 hərbçi saxlanıldı
İstanbulda ƏMƏLİYYAT var- Nə baş verir?
DİN-dən əhaliyə vacib ÇAĞIRIŞ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 