Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış “Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzi oktyabrın 4-də Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirib.
ONN media "Ölkə.Az" -a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.
Tədbirdə heyvan hüquqlarının müdafiəçiləri, uşaq evləri və internat məktəblərində tərbiyə alan, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, müxtəlif məktəblərdən şagirdlər və tələbələr iştirak ediblər.
İştirakçılar Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində görülən tədbirlərlə tanış olublar.
Park ərazisində müxtəlif əyləncə və maarifləndirici zonalar yaradılıb. Ziyarətçilər xidməti itlərin və dekorativ itlərin şousunu izləyib, kiçik zooparkda heyvanlarla yaxından tanış ola biliblər. Eləcə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Kukla teatrlarının çıxışları, sirk tamaşası, uşaqlar üçün maarifləndirici və əyləncəli proqramlar, estafetlər, yarışlar və digər əyləncələr təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə layihə çərçivəsində bir sıra tədbirlərin reallaşdırılmasına başlanılıb. Hazırda Balaxanıda yerləşən Sanitariya İdarəsində yenidənqurma işləri aparılır. Balaxanı qəsəbəsində inşa olunacaq “Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzi müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıq və preparatlarla təchiz olunacaq. Burada fəaliyyət göstərəcək kadrlara xarici mütəxəssislərin iştirakı ilə təlimlər keçiriləcək. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.
Layihə müddətində bir sıra maarifləndirmə işləri də aparılacaq. Maarifləndirmə işləri çərçivəsində heyvanlarla bağlı müxtəlif sosial tədbirlərin, sərgilərin təşkili, animasiya filmlərinin çəkilməsi, sosial videoçarxların, bilbordların, elektron təqdimatların hazırlanması nəzərdə tutulur.
Heyvanların Beynəlxalq Müdafiəsi Günündə idman-əyləncə park kompleksində təşkil olunan əyləncə proqramından sonra uşaqlar Leyla Əliyeva ilə birlikdə Heydər Əliyev Mərkəzindəki “Live Life” (“Canlı həyat”) sərgisini də izləyiblər.
Sərgi Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub.
Ekspozisiya ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.



Leyla Əliyeva ad gününü uşaqlarla keçirdi - Fotolar
Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
Sahibsiz itlərə qayğı mərkəzinin açılışı oldu - FOTOLAR
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib
Leyla Əliyeva Sumayıtda tədbirdə iştirak edib
Arzu Əliyeva Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı”nda olub
Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak edib
Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda oldu
Xocalıda öldürülən uşaqların xatirəsi əbədiləşdirildi
Qənirə Paşayeva "Toplan"dakı bu itə sahib çıxdı
Mehriban Əliyeva Gəncədə - FOTO
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 