Bu gün İctimai Nəzarət Koalisiyasının QHT evi, Yeni Media mətbuat mərkəzində «Milli Qəhrəmanları tanıtma» İctimai Birliyinin təşkilatçılığı ilə şəhid Milli Qəhrəmanların Ailə üzvləri ilə mətbuat konfransı keçirildi. Tədbirdə çıxış edən DAMM İB-nin I vitse-prezidenti, İNK-nın və SİMİB-in sədri Rasim Məmmədov Milli Qəhrəman ailələrinin şikayətlərinə həmişə həssas yanaşıldığını, onların bütün problemlərinin daim Ali Baş Komandan İlham Əliyevin diqqətində olduğunu söylədi, hər bir şəhid Milli Qəhrəman ailəsinə Allahdan səbr dilədi. Sonra “Milli Qəhrəmanları tanıtma” İB-nin sədri Elşən Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək bildirdi ki, 2001-ci ildə yaranmış təşkilat vətənpərvərlik mövzusu ilə bağlı 160-dan artıq tədbir keçirmişdir. E.Məmmədov bəzi məmurların Milli Qəhrəman ailələrinə biganəliyindən danışdı: “…Nərimanov rayon İcra başçısının Milli Qəhrəman anasını kabinetindən necə qovduğunun özüm şahidiyəm… Ulu Öndər Heydər Əliyev isə Qaradağ rayonunda bir Milli Qəhrəman anasının şikayətindən sonra elə həmin iclasdaca icra başçısını vəzifəsindən qovmuşdu… Amma bəzi məmurlarımız yenə də Milli Qəhrəman ailələrinə olduqca biganədirər. Biz bu mətbuat konfransının keçirilməsi üçün 3 mətbuat mərkəzinə müraciət etdik, «yox» dedilər. DAMM İB-nin I vitse-prezidenti Rasim Məmmədova minnətdarıq ki, bizə bu şəraiti yaratdı. Biz inanırıq ki, cənab prezident İlham Əliyev də bizim xahişlərimizə biganə qalmayaraq bizimlə görüşəcək və aidiyyəti orqanlara problemlərimizin həlli ilə əlaqədar tapşırıqlar verəcək”. Sonra Milli Qəhrəman ailələrinin üzvləri çıxış edərək problemlərini dilə gətirdilər, bəzi məmurlara Allahdan insaf dilədilər: «Sizin oturduğunuz o kreslolar, qazandığınız pullar bizim övladların şəhid qanı sayəsində əldə edilib, insafınız olsun!». Rasim Məmmədov tədbirin sonunda şəhid ailələrinin bütün problemlərinin həllində sona qədər əlindən gələni əsirgəməyəcəyini bildirdi. “ictimaixeber.az”
Şəhid Milli Qəhrəman ailələri Prezidentlə görüşmək istəyirlər



50 məktəbdə “Milli Qəhrəmanlar” guşəsi yaradılıb
Şəhid Milli Qəhrəman İlqar Mirzəyevin oğluna vəzifə verildi
“Zəfər Yolu” layihəsi Ağdamda tədbir keçirdi
Milli qəhrəmanın atası vəfat etdi
Nərmanovda “8 noyabr Zəfər Günü” qeyd edildi
Vətən Müharibəsi Qəhrəmanlarına BU GÜZƏŞTLƏR ediləcək - QƏRAR VERİLDİ
Milli Qəhrəmanın anası Əli İnsanovu İFŞA ETDİ
Milli Qəhrəman Şükür Həmidovun adı əbədiləşdiriləcək
İlqar Mirzəyevə xatirə lövhəsi qoyuldu
Türkiyə ordusu ŞƏHİD VERDİ
Vətən müharibəsi şəhidi anım günündə yad edildi
Paşayeva icra başçılarına çağırış etdi
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 