ONN İnformasiya Agentliyi

Neft ucuzlaşır

Neft ucuzlaşır
3-05-2019, 23:45

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,36 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,61 dollar/barel azdır. ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,17 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,45 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,36 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel azdır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png