“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, ölkəmizdə əmək haqqının minimum məbləği martın 1-dən 180 manat müəyyən olunub. Bu o deməkdir ki, iş yerlərində minimum əmək haqqının məbləği 180 manatdan az ola bilməz. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur”. ONN media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin Elektron İnformasiya Sistemində əhatə olunub. Yəni həmin sistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqlarını real vaxt rejimində görməyə imkan verir. Əgər cari ilin 1 martına qədər hansısa işəgötürən 180 manatdan aşağı məbləğdə əmək haqqı müəyyən edibsə, martın 1-dən bu məbləğin 180 manat çatdırılması barədə işəgötürənlərin əvvəlcədən məlumatlandırılması həyata keçirilib. Elektron sistemdə minimum əmək haqqını həmin məbləğdən aşağı müəyyən etdiyi aşkar olunan hər hansı işəgötürənə qarşı qanunvericilik çərçivəsində ciddi cərimə tədbirləri nəzərdə tutulur.
İşçiyə az maaş verənlərin NƏZƏRİNƏ! – CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ!



İşçilərinə bu qədər maaş verməyənlər 1500 manat cərimələnəcək - VİDEO
Maaş artımı ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ: yanvarın 1-dən ... - VİDEO
Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ
Pensiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilir
Əmək pensiyaları ilə bağlı xəbər var
Əmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM
Əmək pensiyaları artırılır –Minimum 200 manat olacaq
Pensiyalar daha çox artırıla bilər?
Gözlənilən gün gəldi- Minimum əməkhaqqı artır
Minimum əmək haqqı ilə bağlı şad xəbər
779 vətəndaşın sosial yardımı niyə ləğv edildi?
Pensiyaçılara şad xəbər: Oktyabrın 1-dən...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 