Azərbaycan Dillər Universitetində (ADU) Elmi məsələlər üzrə prorektor Novruz Məmmədov kollektivə təqdim olunub. ONN media-ya ADU-dan verilən məlumata görə, onu universitetin professor-müəllim heyətinə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla təqdim edib. Kamal Abdulla bildirib ki, universitetdə struktur dəyişikliyi edilib: “Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev öz fəaliyyətini Təhsil Nazirliyində davam edəcək. ADU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə Elmi işlər üzrə prorektor, professor Sevinc Zeynalova təyin olunub. Elmi məsələlər üzrə prorektor isə Novruz Məmmədov təyin olunub. Novruz Məmmədov uzun illər ADU-da dekan, kafedra müdiri kimi çalışıb. İnanıram ki, Novruz Məmmədov öz fəaliyyətini bizim universitetdə ləyaqətlə davam edəcək. Bundan sonra Novruz müəllim öz doğma universitetində çalışacaq”. N.Məmmədov ona göstərilən etimada görə təşəkkür edib: “Yenidən Azərbaycan Dillər Universitetində qayıtmaqdan məmnunam. Bura qayıtmaq mənə daxili rahatlıq gətirir. Azərbaycan Dillər Universitetinin yüksək nüfuzu var. Onun nüfuzunu daha da qaldırmaq üçün çalışacağam”. Qeyd edək ki, Novruz Məmmədov 25 il Azərbaycan Dillər Universitetində çalışıb. Bu illər ərzində baş müəllim, dosent, dekan, kafedra müdiri kimi fəaliyyət göstərib.
Novruz Məmmədov YENİ İŞ YERİNDƏ



Novruz Məmmədov vəzifəsindən azad edildi
Novruz Məmmədov bu gün vəzifə alacaq? – Açıqlama
Novruz Məmmədov yeni vəzifəyə təyin edildi
BSU-ya yeni prorektor təyin olundu
Ramazan Məmmədov vəzifəsindən azad olundu
BDU da yeni TƏYİNAT
BSU-ya iki yeni prorektor təyin olundu
Ziya Məmmədovun qardaşına VƏZİFƏ VERİLDİ
Qarabağ Universitetində yeni təyinatlar olub
Bu universitetlərin prorektorları dəyişdirildi - Siyahı
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Novruz Məmmədova mükafat verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 