Hər zaman ekran və efir məkanımız üçün örnək, yeni media quruluşlarımız üçünsə əsil məktəb rolunu oynayan ana televiziyamızın mahiyyətinə uyğun yeni və müasir forma kəsb etməsinə ürəkdən şad oldum.
ONN media xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova sosial şəbəkələrdə yazıb. O, AzTV sədrinin dəyişilməsindən sonra kanalda müsbət irəliləyişlər olduğunu bildirib:
“Bu gün işə lap erkən gəlmişdim. Saat 8-i təzəcə keçmişdi. İlk olaraq televizoru yandırdım. Hər zamankı kimi AzTV-ni seçdim. Əvvəl mənə elə gəldi ki, hansısa başqa bir kanaldır. Amma tanış üzləri və səsləri gördükdən sonra anladım ki, səhv etməmişəm, bu, doğurdan da bizim doğma kanalımızdır. Tamamilə yenilənmiş “Səhər” studiyasındakı müasir dizayn, musiqi tərtibatı, aparıcıların əhvali-ruhiyyəsi, geyimi, davranışı, rənglər - bir sözlə, hər şey göz oxşayırdı. Qonaqla söhbət ücün seçilmiş mövzu da aktual idi. 15 may Beynəlxalq Ailə Gününə həsr olunmuş müzakirələri sonadək izlədim.
Ardınca “Gün başladı” proqramı diqqətimi çəkdi. Hər zaman görmək istədiyim və insan əhvalına gözəl təsir edən bir rəngarənglik var idi. Məncə, hər şey günə yaxşı başlamaq üçün gözəl düşünülmüş və əla yerinə yetirilməkdə idi”.
B.Muadova telekanal rəhbərliyini yaradıcılıq uğurlarına görə təbrik edib:
“Sözün doğrusu, çox sevindim. Ölkəmizin inkişaf ahənginə daha dinamik şəkildə qoşulan, getdikcə daha baxımlı, məzmunlu verilişlərlə tamaşaçıların zövqünü və tələbatını ödəmək imkanlarını genişləndirən, eyni zamanda, milli adət və dəyərlərimizə sadiqliyi ilə seçilən, ailəvi olaraq rahat izlədiyimiz doğma kanalımızı, onun yaradıcı kollektivini bu nəzərəçarpan uğurlarına görə alqışlayır, daha kreativ, yeniliklərə daha açıq olmalarını arzulayıram”.axar.az



YAP-dan ŞOK QƏRAR: Bahar Muradova siyahıda yer almadı
Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb- BAHAR MURADOVA
Bahar Muradova: "Ordu kazarmalara qayıtmalıdır"
Şuşada AzTV-nin yayımına başlandı
AzTV-də yeni TƏYİNAT
AzTV faciəvi qəzaya görə efir proqramında dəyişiklik etdi
YAP-da Bahar Muradovaya YÜKSƏK VƏZİFƏ verildi
Parlamentin buraxılması ilə bağlı qərarı hazırlayan heyət yaradıldı – ADLAR
AzTV o verilişi niyə bağladı? – AÇIQLAMA
Azərbaycanda yeni uşaq kanalı yaradılacaq
AzTV-də yeni QADAĞA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 