Lüksemburqda ATƏT Parlament Assambleyasının yekun plenar iclası davam edir.
ONN media xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova iclasda çıxış edib.
ATƏT məkanında təhlükəsizliklə əlaqədar problemlərin həlli yollarının tezliklə işlənib hazırlanması zərurətinə diqqəti cəlb edən B.Muradova vurğulayıb ki, belə problemlərdən biri də dondurulmuş münaqişələr, qaçqınlar və məcburi köçkünlər problemidir: “Bu, bizim evimizdir, biz burada doğulmuşuq. Bu küçədə bizim uşaqlıq illərimiz keçib. Məktəbimizi, dostlarımızı, şəhərimizi necə unudaq? Doğmalarımızın məzarları buradadır. Biz yurdumuza qayıtmaq, bu məzarları ziyarət etmək istəyirik. Mənim ölkəmin işğal olunmuş hissəsində onlarca belə şəhər və kənd var. Həmvətənlərimizin, mənə doğma insanların ruhu orada dolaşır. Bunu demək çox ağırdır”.
B.Muradova daha sonra əlavə edib ki, miqrasiya heç də həmişə insanların könüllü seçimi nəticəsində baş vermir. Bəzən bu, milli mənsubiyyət əlamətinə görə zorla öz yurdundan qovulmanın və ayrı-seçkiliyin nəticəsi olur.
O, iki hərbi əsirin dəyişdirilməsi faktına görə razılığını bildirib, lakin Ermənistana müraciətlə Azərbaycanın təklif etdiyi “hamının hamıya” dəyişdirilməsi formulunu qəbul etməyə çağırıb. Bundan əlavə o, konkret nəticəyə yönəlmiş substantiv danışıqlar aparmağa çağırıb, qeyd edib ki, “danışıqlar xatirinə danışıqlar” məsələni düyünə salır.
Deputat çıxışının sonunda deyib: “Ordu kazarmalara, köçkünlər isə doğma evlərinə qayıtmalıdırlar”.



YAP-dan ŞOK QƏRAR: Bahar Muradova siyahıda yer almadı
Silahlar bizdən çox danışır
Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb- BAHAR MURADOVA
“Şəhid ailəsinin evinə ayaqqabı ilə girməmişəm”- Bahar Muradova
ATƏT PA prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Bahar Muradova AzTV-dən elə sözlər yazdı ki...
Parlamentin buraxılması ilə bağlı qərarı hazırlayan heyət yaradıldı – ADLAR
Uşaqlara qarşı zorakılıq əsas problemlərdəndir - Bahar Muradova
YAP-da Bahar Muradovaya YÜKSƏK VƏZİFƏ verildi
Bahar Muradova: Ermənistanda "seçki oyunu" oynanıldı
Azərbaycanda "Analar Günü" təsis oluna bilər
Erməni deputatlar Bakıya gəlir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 