Azərbaycanın çətin reylefdə yerləşən kənd və qəsəbələrinin qazlaşdırılması istiqamətində aparılan tədbirlər davam etdirilir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən ONN media -ya verilən məlumata görə, ölkənin ən ucqar ərazilərinə belə qaz xətti çəkilir, əhalinin mavi yanacaqdan istifadəsi üçün lazım olan bütün gərəkli addımlar atılır. Aparılan işlər çərçivəsində hazırda Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsinin qazlaşdırılmasına başlanılıb. Qəsəbə sıldırım qayalıqlarla əhatə olunub. Olduqca çətin coğrafi relyefdə yerləşdiyindən bu qəsəbədə sovetlər dönəmində belə "mavi yanacaq" olmayıb. Əhali qaza olan təlabatını ancaq odunla ödəyib. Bu gün isə qəsəbənin ən ağrılı problemi aradan qaldırılmaqdadır. Tərtib edilmiş layihəyə uyğun olaraq, Aşağı Zurnabad qəsəbəsinin "mavi yanacaq"la təmin olunması məqsədi ilə ümumi uzunluğu 4 443 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və hər bir evdə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur. Bildirilib ki, işlərə cari ilin may ayında başlanılmasına baxmayaraq tezliklə qəsəbəsinin qazlaşdırılması tam yekunlaşacaq. Eyni zamanda, 90 fərdi evdən ibarət olan Gəncə şəhəri Sevil Qazıyeva küçəsində yeni massivin təbii qazla təmin edilməsi üçün “Azəriqaz” tərəfindən 5 015 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və hər bir evə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılması işləri aparılır.
Daha 2 qəsəbə qazlaşdırılıb



Daha iki kəndə qaz verildi
Prezidentin tapşırığı ilə Lahıca qaz çəkilir
Daha bir kəndə təbii qaz verildi
İki kəndə ilk dəfə təbii qaz verildi
Şamaxı və Göygölün kəndlərinə təbii qaz verildi
Minlərlə şəxsin qazı kəsildi
Daha iki yaşayış məntəqəsinə təbii qaz verildi
Sabah bu ərazilərdə qaz olmayacaq
DİQQƏT bu ərazilərdə qaz olmayacaq
Daha iki kəndə təbii qaz verildi
Sabunçuda yaşayanların NƏZƏRİNƏ
Bu kəndlərə təbii qaz verildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 