“2020-ci ilin ilk 5 ayında yəqin ki vətəndaşlarımız Bakı-Qəbələ dəmir yolu xəttindən istifadə edə biləcəklər”.
ONN media xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, Qəbələyə də “Stadler” firmasının bir və ya iki mərtəbəli qatarları hərəkət edəcək: “Bu yolun Bakıdan Ləkiyə qədər uzunluğu 140 km-dir. Birlikdə isə yolun uzunluğu Qəbələyə qədər 280 km məsafədir. Bu da sürətlə tənzimlənsə təxminən 3 saat yol deməkdir”.
Sədr həmçinin əlavə edib ki, “Şahdağ” turizm obyektinə dəmir yolu xəttinin çəkilməsi üçün vəsait ayrılıb: “Layihələndirmə işləri yəqin ki bu ilin sonuna qədər yekunlaşar. Bununla bağlı sərəncam var. Pul ayrılıb. 2020-ci ildə tender keçirəcəyik. Şirkət müəyyən olunandan sonra işin başlanılmasına start veriləcək. Şimal yolunda da gələn ildən tikintinin başlanılması gözlənilir. Bundan əlavə, həmçinin respublikanın cənub sərhədlərini də rahat yollarla birləşdirəcəyik. Balakən istiqamətində xətt var. Ancaq köhnədir. Gələcəkdə biz o yolun da yenidən qurulması ilə ciddi məşğul olmalıyıq”.



Sərnişinlərə MÜJDƏ - Daha bir rayona sürət qatarı olacaq
Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır - RƏSMİ
Qəbələyə dəmir yolu xəttinin çəkilməsinə başlanıldı
Şuşaya dəmir yolu xətti çəkiləcək
Sabunçuda dəmir yolu stansiyası nə vaxt istifadəyə veriləcək?
Qəbələyə qatarla 3 saata çatacağıq - Millət vəkili
Gələn ildən əsas turizm bölgələrinə dəmir yolları çəkiləcək
Sabunçu-Bakı qatarı 50 qəpiyə olacaq
Azərbaycanda bir İLK- BU DƏMİR YOLU...
Qurbanov: "Ölkəyə əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır"
Naxçıvan-Bakı xətti açılır: 1450 kilometrlik yol 18 saata...
"Bakıdan Gəncəyə 3 saata da çata bilərik" - Cavid Qurbanov
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 