Azərbaycana əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır. ONN media bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, bu il üç qatar alınması ilə bağlı "Stadler" şirkətinə sifariş verilib. Növbəti illərdə 12 qatarın alınması nəzərdə tutulur: "Bakıda dəmir yolu nəqliyyatını genişləndirmək fikrimiz var. Hava limanına qədər dəmir yolu uzadılacaq. Bunun ən müsbət cəhəti odur ki, dəmir yolu nəqliyyatı təhlükəsizdir, rahatdır və qiyməti uyğundur. İndiyə qədər 3100 yük vaqonu alınıb. "Stadler"lə danışıqlar apardıq, 4 vaqondan ibarət 7 qatar aldıq. Qatarlardan bəziləri dizel qatarları olacaq. Ümumilikdə 50 sərnişin qatarı, 4000-ə yaxın vaqon almaq lazımdır". Cavid Qurbanovun sözlərinə görə, yeni dəmir yolu stansiyaları yeni konsepsiya əsasında qurulur. "Bu konsepsiyada rahatlıq və təhlükəsizlik əsas götürülüb. Stansiyaların ətrafında parklar qurulub, insanlar burda dincələ bilərlər. Yeni dəmir yolu stansiyaları qurularkən təhlükəsizlik məsələlərinə xüsusi diqqət verilib. Stansiyalarda ticarət mərkəzi, kafelər, iaşə obyektləri olacaq". QSC sədri qeyd edib ki, Bakının Sabunçu qəsəbəsində nəqliyyat habının yaradılması planlaşdırılır: "Bakı Nəqliyyat Agentliyi ilə də apardığımız danışıqların mahiyyəti ondan ibarətdir ki, bu hab hesabına şəhərin mərkəzinə daha az avtobus daxil olsun. Sabunçu bir növ ikinci şəhər mərkəzi olsun". (trend)
Qurbanov: "Ölkəyə əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır"



İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub
Bakıya 10 vaqonluq müasir qatar gətirildi
Sabunçu-Bakı qatarı 50 qəpiyə olacaq
İsveçdə dəhşətli olay- QATAR RELSDƏN ÇIXDI
Sərnişin qatarlarının hərəkəti dayandırılır
Azərbaycanda bu stansiyalar köçürüləcək - RƏSMİ
Rusiyada sərnişin qatarı qəzaya uğrayıb
Şuşaya dəmir yolu xətti çəkiləcək
Azərbaycan BTQ ilə sərnişin daşınmasına tam hazırdır
Naxçıvan-Bakı xətti açılır: 1450 kilometrlik yol 18 saata...
Sərnişinlərə MÜJDƏ - Daha bir rayona sürət qatarı olacaq
Sabunçuda dəmir yolu stansiyası nə vaxt istifadəyə veriləcək?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 