ONN İnformasiya Agentliyi

Avropa Bankı Azərbaycanla bağlı 51 milyonluq krediti təsdiqlədi

Avropa Bankı Azərbaycanla bağlı 51 milyonluq krediti təsdiqlədi
12 May 2022 - 12:40

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda inşa ediləcək “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) inkişafına, tikintisinə və sonrakı istismarına 51 mln. ABŞ dolları məbləğində uzunmüddətli kredit ayrılmasını təsdiq edib.

ONN media bildirir ki, kredit layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış “Masdar Azerbaijan Energy” MMC-yə ayrılıb. Belə ki, BƏƏ-nin “Masdar” şirkəti layihənin sponsoru olacaq.

Ümumi dəyəri 240 mln. dollar göstərilən “Qaradağ” GES-də istehsal edilən enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. 

Qeyd edək ki, bir sıra digər beynəlxalq maliyyə institutlarının, o cümlədən Asiya İnkişaf Bankının da layihəyə dəstək verməsi gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png