ONN İnformasiya Agentliyi

Azərbaycanda 30 milyard manatlıq ÜDM istehsal olunub

Azərbaycanda 30 milyard manatlıq ÜDM istehsal olunub
14 Aprel 2022 - 12:54

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 30 037 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% çox ümumi daxili məhsul istehsal olunub.

ONN media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6%, qeyri neft-qaz sektorunda isə 10,3% artıb.

ÜDM istehsalının 54,1 %-i sənaye, 7,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i tikinti, 2,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8%-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 58,2% artaraq 2 991 manat olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png