ONN İnformasiya Agentliyi

“Azərbaycanda iqtisadiyyatın inkişafına təsir edən amillər” – YENİ KİTAB

“Azərbaycanda iqtisadiyyatın inkişafına təsir edən amillər” – YENİ KİTAB
12 İyul 2023 - 11:12

ONN media xəbər verir ki, iqtisadçı alim, hüquqşunas, Turan Araşdırma Mərkəzi İB-nin sədri Cavid İsmayılın “Azərbaycanda iqtisadiyyatın inkişafına təsir edən amillər” adlı növbəti elmi monoqrafiyası “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb. Monoqrafiyanın elmi redaktoru, iqtisad elmləri doktoru Əhməd Məmmədovdur.

Monoqrafiyada dövrlər üzrə Azərbaycan Respublikasında iqtisadi inkişaf yolları, o cümlədən sənaye sahələrinin, sahibkarlığın inkişafı və vergi münasibətlərinin təkmilləşdirilməsi yollarının konkret elmi əsasları təqdim edilib.

Tədqiqatların ana xətti vergi me­xa­niz­mi­nin for­ma­laş­ma­sı­nın nə­zə­ri əsas­la­rı, Azər­bay­can iq­ti­sa­diy­ya­tı­na xa­ri­ci in­ves­ti­si­ya qo­yu­lu­şu, sa­hib­kar­lıq fəa­liy­yə­ti­nin və ver­gi sis­te­mi­nin for­ma­laş­ma­sı, sahibkarlığın innovativliyi zərurəti, səmərəli milli vergi sisteminin qurulması, rəqabətə davamlılığın vergi siyasətində rolu və bir sıra digər məsələlərə həsr olunub.

Monoqrafiya elmi araşdırmalar, o cümlədən, elmi işçilər, aspirantlar, və dissertantlar üçün nəzərdə tutulmuşdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png