ONN İnformasiya Agentliyi

Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb
23 Mart 2023 - 10:28

Dünya birjalarında neftin qiyməti ticarət məlumatlarına görə ucuzlaşır.

ONN media TASS-a istinadən xəbər verir ki, investorlar ABŞ-da ehtiyatlar və xammal istehsalı ilə bağlı həftəlik statistikanı, həmçinin Federal Ehtiyatlar Sisteminin (FED) iclasının nəticələrini qiymətləndirirlər.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,82% ucuzlaşaraq bir bareli 76,06 dollar, WTI markalı neftin may fyuçerslərinin qiyməti 1,03% azalaraq 70,17 dollar olub.

Qeyd edək ki, ötən gün ABŞ Energetika Nazirliyi bəyan edib ki, ölkədə kommersiya ehtiyatları həftə ərzində gözlənilmədən 1,1 milyon barel və ya 0,2% artaraq 481,2 milyon barrelə çatıb. Analitiklər isə əksinə ehtiyatların 1,6 milyon barrel azalacağını proqnozlaşdırmışdılar. Neft hasilatı da eyni zamanda sutkada 100 min barel artaraq 12,3 milyon barelə çatıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png