ONN İnformasiya Agentliyi

Qonşu ölkədə də Azərbaycan Ticarət Evi açılır?

Qonşu ölkədə də Azərbaycan Ticarət Evi açılır?
10 Fevral 2020 - 20:59

Azərbaycan hökuməti ölkə xaricində ticarət evlərinin açılmasını dəstəkləyir.

ONN media xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda Azərbaycan Ticarət Evinin açılması məsələsinə münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, bu cür evlərin açılmasında yanaşma ondan ibarətdir ki, ticarət evlərinin fəaliyyəti daimi və dayanıqlı olmalıdır: “Ticarət evləri dayanıqlı əsaslarla açılmalıdır, onun fəaliyyət modeli, özəl və ya dövlət tərəfindən xərcləri müəyyən edilməlidir. Əgər özəl sektorda belə maraq varsa, birmənalı şəkildə dəstəkləməyə hazırıq”.

M.Cabbarovun sözlərinə görə, iki ölkə arasında iqtisadi-ticari əlaqələr yüksələn xətt üzrə inkişaf edir: “2019-cu ilin nəticələrinə görə, ölkələr arasında ticarət dövriyyəsi 11%-dən çox artıb. Bu artım əsasən Azərbaycan məhsullarının Gürcüstan bazarına ixracı hesabına baş verib”.

Nazir Gürcüstanın Azərbaycan üçün vacib tərəfdaş ölkə olduğunu deyib: “Gürcüstanda çox sayda soydaşımız yaşayır. Azərbaycan dövləti və Heydər Əliyev Fondu tərəfindən bu ölkədə həyata keçirilən layihələrdə bu faktor nəzərə alınır”.

O, Azərbaycan və Gürcüstan arasında iqtisadi-ticari əməkdaşlığın daha da genişlənəcəyinə inandığını bildirib.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png