ONN media xəbər verir ki, Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, yanvar ayının 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu istiqamətində sahildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) müşahidə olunub, buya baxış zamanı 1 ədəd bağlamada 980 qram marixuana, 1415 qram həşiş aşkarlanıb.
Yanvar ayının 26-da daxil olmuş əməliyyat məlumatı əsasında yenə də həmin istiqamətdə sahildən 6,6 mil məsafədə buya bağlanmış vəziyyətdə qəhvəyi rəngli kisədə selofan materiala bükülmüş 2 ədəd bağlama aşkar olunub. Baxış zamanı bağlamalarda 2,9 kq tiryək, 550 qram heroin və 100 qram metafitamin aşkar olunub. Yanvar ayının 27-də qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində "Şaxtaxtı" sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasının saxta vizaları ilə Azərbaycandan İrana keçmək istəyən 7 nəfər Özbəkistan vətəndaşı - 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılıb və Dövlət Miqrasiya Xidmətinə təhvil verilib. Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.



Azərbaycana külli miqdarda narkotik gətirərkən yaxalandı
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
DSX əməliyyat keçirib- Saxlanılanlar var
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər SAXLANILDI
Azərbaycan-Gürcüstan sərhəddində gərginlik – Saxlanılan var
DSX əməliyyat keçirdi: saxlanılanlar var
SON DƏQİQƏ: DSX 2 əməliyyat keçirdi
İrandan hərəkət edən naməlum uçuş aparatı saxlanıldı - Rəsmi
Azərbaycan İranla sərhəddə əməliyyatlar keçirdi
Xəzər dənizində İrandan Azərbaycana narkotik keçirmək istədilər
DSX sərhəddə ƏMƏLİYYAT KEÇİRDİ - TUTULANLAR VAR
SON DƏQİQƏ: DSX-nın hərbiçiləri saxlanıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 