Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtomobilləri qaçıran, həmin nəqliyyat vasitələrini sökərək ehtiyat hissələri şəklində satan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıxanov qəsəbəsi sakini Emin Qurbanov bölməyə ərizə verərək ona məxsus “VAZ 2107” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Xətai, Suraxanı və Nizami rayonlarında da analoji cinayətlər törətməsi, ümumilikdə 7 avtomaşını qaçırdığı məlum olub.
A.Ramazanov ifadəsində həmin nəqliyyat vasitələrinin akkumlyatorlarını və digər hissələrini sökərək satdığını bildirib.
Qeyd edilən faktlarla bağlı İdarədə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
ONNmedia kriminal.az saytına istinadən məlumatı yayımlayır




Bakıda taksi qaçırıldı
Qaçırdığı maşını yandırdı - ŞOK OLAY
Keçmiş məhkum azyaşlı qızı hədələdi və...
Bakıda azyaşlıya qarşı CİNAYƏT
Bir gecədə 12 maşını soydu – VİDEO
Soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb
Avtomatla gəzən şəxs ƏLƏ KEÇDİ - ŞOK
Bakıda "07" qaçıran şəxslər HƏBS EDİLDİ
Xətai rayonunda “səliqəli” mənzil oğrusu saxlanılıb
Bakıda 3 qardaş tutuldu - QƏTL HADİSƏSİ
Polis əməliyyat keçirdi - Silahlı şəxslər tutuldu
Bakı metrosunda əməliyyat - SAXLANILAN VAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 