Bir ay əvvəl Türkiyənin Qars rayonunda Azərbaycan əsilli Aydan Bayramovanı öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb.
ONN media xəbər verir ki, hadisə keçən il noyabrın 2-də baş verib.
A. Bayramova Ərdahan yolu üzərindəki əyləncə məkanında tanışının ad günü şənliyində öldürülüb. Onun öldürülməsində Serkan Ç. şübhəli sayılıb və o, axtarışa verilib. Serkan Ç.-nin keçən il iyulun 23-də həmin əyləncə məkanı qarşısında baş verən, taksi sürücüsü Bünyamin Üreyilin öldüyü, 3 nəfərin yaralandığı silahlı atışmada da iştirak etdiyi üzə çıxıb. Taksi sürücüsünün ölümündə də Serkan Ç. əsas şübhəli sayılıb.
Qars Polis İdarəsinin əməkdaşları A. Bayramovanın ölümü ilə bağlı axtarışda olan Serkan Ç.-nin yeni il gecəsi şənliyi zamanı elə həmin əyləncə məkanında olduğu barədə məlumat alıblar. Serkan Ç. gecə saat 02.30 radələrində əyləncə məkanında saxlanılıb. Serkan Ç.-nin üzərində törətdiyi cinayətlərdə istifadə etdiyi "Glock" markalı tapança və 2 qr sintetik narkotik vasitə aşkarlanıb.
Əyləncə məkanında keçirilən əməliyyat zamanı polisin Serkan Ç.-ni yaxalamasına mane olmağa çalışan 15 nəfər haqqında da təhqiqat başlayıb. (apa)



"Kiraz mevsimi"nin məşhur cütlüyündən şad xəbər
Azərbaycanlı xanım müğənni Türkiyədə gizli evləndi - FOTO
Hadisə qorxu dolu anlar yaşadı
Əyləncə məkanına silahlı hücüm
Türkiyədə genişmiqyaslı əməliyyat keçirildi - 1000-dən çox şübhəli saxlanıldı
Bakıda taksi sürücüsünə qarşı CİNAYƏT
Ərdoğan koronavirusdan sağaldı
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN
Türkiyədə Çankırıda əyləncə mərkəzində silahlı münaqişə olub
Sumqayıtda dəhşətli qətl bu məqsədlə törədilib - ŞOK İDDİA
Erkan Petekkaya pərəstişkarlarını sevindirəcək
Taksi sürücülərinə qarşı quldurluq edən şəxs tutuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 