ONN İnformasiya Agentliyi

Hadisə qorxu dolu anlar yaşadı

Hadisə qorxu dolu anlar yaşadı
8-05-2018, 12:45


ONN media xəbər verir ki, tikanlı məftilləri aşaraq Hadisənin evinə keçən pərəstişkarını müğənni bağışlamayıb.

Pozğun pərəstişkarını məhkəməyə verən müğənni 3 aydan 1 ilə qədər həbs tələb edib.

Prokurorluq tərəfindən aparılan istintaqda 32 yaşlı Serkan adlı şəxs peşman olduğunu söyləsə də, Hadisə "Etdiyi çox dəhşətlidir", - deyərək şikayətindən imtina etməyib.

Xatırladaq ki, həmin şəxs Hadisəni görmək üçün onun yaşadığı evə soxulmağa çalışıb. Tikanlı məftilləri açıb içəriyə girən şəxs son anda yaxalanmışdı.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png