ONN İnformasiya Agentliyi

Azərbaycanda saxta pullar belə hazırlandı

Azərbaycanda saxta pullar belə hazırlandı
11 Yanvar 2021 - 14:13

Yanvar ayının 9-da Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinə (RPİ) şəhər ərazisində fəaliyyət göstərən mağazalardan birinə saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, RPİ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas dövriyyə buraxmaqda şübhəli bilinən Samux rayon Çobanabdallı kənd sakinləri əvvəllər məhkum olunmuş, Elvin Məmmədov, Tofiq Məhərrəmov, Orxan Bağırov və pulları hazırlayan Gəncə şəhər sakini Vasif Tağızadə saxlanılıb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticə V. Tağızadənin kirayə götürdüyü mənzilə baxış keçirilmiş və oradan saxta pul hazırlayan çap vasitələri, 100 və 50 manatlıq saxta əsginaslar götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png