ONN İnformasiya Agentliyi

DƏHŞƏTLİ OLAY: Qadın əri tərəfindən döyüldüyü üçün körpəsini boğub ÖLDÜRDÜ

DƏHŞƏTLİ OLAY: Qadın əri tərəfindən döyüldüyü üçün körpəsini boğub ÖLDÜRDÜ
16 Aprel 2019 - 20:42

Ağdamın Ayaq Qərvənd kəndində dəhşətli hadisə baş verib. Rayonun işğal altındakı Göytəpə kəndindən məcburi köçkün düşmüş İsmayılovlar ailəsində baş verən münaqişə nəticəsində ana səkkiz aylıq övladını öldürüb.

ONN media xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Ağdam Rayon İcra Hakimiyyəti (RİH) başçısının Qərvənd kənd üzrə nümayəndəsi Zakir Əliyev məlumat verib. Onun sözlərinə görə, həmin ailə Göytəpə kəndindən məcburi köçkün kimi Qərvənd kəndinin ərazisində, Sultanbud deyilən meşə massivində məskunlaşıb.

“Ailə başçısı Göytəpə kənd sakini İsmayılov Zamir Ramiz oğlu ikinci evliliyini İsmayılova Günel Şahsevən qızı ilə edib. İsmayılovlar ailəsinin birgə nikahından İsmayılova Nərmin Zamir qızı dünyaya gəlib. Bu gün həyat yoldaşı tərəfindən döyülən qadın ərinin evdən getməsindən sonra səkkiz aylıq övladını boğub öldürüb” – deyə həmsöhbətimiz bildirib.

“Qadın hadisədən sonra polis bölməsinə gələrək təslim olub. Günel Zamirə qoşulub qaçdığı üçün ata-anası ilə münasibətləri olmayıb. Ehtimal olunur ki, ananın belə bir addım atması yaxın ətrafının mənəvi dəstəyindən məhrum olmasından qaynaqlanır” – deyə Z.Əliyev vurğulayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png