ONN İnformasiya Agentliyi

Diaspor rəhbərinin oğlunun faciəvi ölümü – Səbəb açıqlandı

Diaspor rəhbərinin oğlunun faciəvi ölümü – Səbəb açıqlandı
05 Dekabr 2017 - 14:12

Rusiyanın Samara vilayətində Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

Diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A.Kərimov hadisə yerində ölüb.

Hadisə baş verən gün 15 yaşlı Aqşin Kərimov evdə tək olub. Anası kiçik bacısını məktəbdən gətirmək üçün gedibmiş. Evə qayıdanda bacısı Aqşinin qan içində yerə uzandığını görüb. Həmin vaxt onun nəbzi hələ atırmış. Az sonra keçinib.

O, “Sayqa” markalı silahla oynayarkən ehtiyatsızlıqdan atəş açılıb.

Azərbaycan diasporunun Samara vilayətindəki liderlərindən Məhəmməd Süleymanov mərhumun meyitinin müayinə olunduğunu deyib:

"Bu gün mərhumun cəsədi dəfn olunmaq üçün Azərbaycana yola salınacaq"./APA/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png