ONN İnformasiya Agentliyi

İdman zalında qətl törədən şəxsə cəza verildi

İdman zalında qətl törədən şəxsə cəza verildi
06 Mart 2023 - 18:59

Bakıda idman salonundakı mübahisə zəminində qətl törədən 2002-ci il təvəllüdlü Əli Abbasovun məhkəməsi yekunlaşıb.

ONN media xəbər verir ki, mübahisə zamanı 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovu döş qəfəsinin bıçaqlayaraq öldürən Abbasova 15 il həbs cəzası verilib.

Xatırladaq ki, hadisə 2021-ci ilin martında Bakıda baş verib. 19 yaşlı Əli Abbasov idman zalında məşq edərkən 22 yaşlı Bəxtiyar Nəsibovun ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və irad bildirib. Baxış üstündə yaranan mübahisə böyüyüb və onlar məsələni zaldan kənarda həll etmək qərarına gəliblər. Zaldan çıxdıqdan sonra Ə.Abbasov B.Nəsibovu bıçaqlayaraq öldürüb. Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılsa da, daha sonra ittiham ağırlaşdırılmışdı

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png