ONN İnformasiya Agentliyi

Moskvada silahlı insidentlə bağlı 30 nəfər saxlanılıb

Moskvada silahlı insidentlə bağlı 30 nəfər saxlanılıb
18 Noyabr 2017 - 7:04
Rusiyanın paytaxtında, “Moskva Siti” biznes mərkəzinin ərazisində baş verən silahlı insidentlə əlaqədar 30 nəfər saxlanılıb.
ONN media-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə,  bu barədə “İnterfaks” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib
“Silahlı insidentlə əlaqədar 30-a yaxın şəxs saxlanılıb. Hazırda onlardan ifadələr alınır”, deyə mənbə qeyd edib. Onun sözlərinə görə, insidentin iştirakçıları və şahidlər müəyyənləşdirilir.
Ötən axşam “Moskva Siti” biznes mərkəzinin ərazisində naməlum şəxslər və mühafizə xidmətinin əməkdaşları arasında mübahisə zəminində atışma baş verib, nəticədə 6 nəfər yaralanıb.
İlkin məlumata əsasən, silahlı şəxslər biznes mərkəzinin mühafizəçilərinə atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar, üç avtomobilin axtarışda olduğu bildirilir. 
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png