Bu günlərdə tanınmış yazıçı-publisist hörmətli Yunus Oğuzun, dəyərli millət vəkili Qənirə Paşayevanın dəvətilə Tovuza səfərindən və həmin səfər, həmçinin rayonun kitabsevərlərilə görüşündən yaranan təəssuratdan qələmə aldığı "Tovuz dağlarında qara zurna səsi" yazısını çox diqqət və maraqla oxudum. Təbii ki, Yunus Oğuz qələminə söz ola bilməz və onun Vətəndaş-ziyalı mövqeyi hər birimizə bəllidir. Yunus Oğuz öz qələmilə Vətən naminə "savaş" aparanlardandı. Bu iki hissəli yazıda çox məqamlara toxunulub. Regionlarda gedən inkişafa da, müəyyən çatışmazlıqlara da. Bu yazıda diqqətimi çəkən bir neçə amil oldu. Bunlardan biri Gəncə şəhərində Şeyx Nizaminin məqbərəsini ziyarət edərkən işçilərin məqbərənin ziyalılarımız tərəfindən az ziyarət edilməsi gileyini etmələridir. Belə biganəlik doğrudan da, acınacaqlıdır. Millətin ziyalısı Şeyx Nizamiləri ziyarət etmədikcə, sadə insanlar, elə bəzi "ziyalı"lar da qaloş pirlərinə üz tutacaq. İnsanlarımızı cahillikdən əslində ziyalılarımız xilas etməlidir. Amma elə "ziyalı"larımız var ki...... Digər bir məqam, millətin əsl vəkili olan Qənirə Paşayeva haqqında müşahidələrini qeyd etməsidir. Doğrudan da, Qənirə xanım elə millət vəkillərimizdəndir ki, onları yaxşı mənada barmaqla saymaq olar. Səhhətinə belə önəm vermədən, daima Vətən üçün nələrisə etməsi hər zaman sezilməkdədir. Digər, məni sevindirən hal Yunus bəyin oxucularla görüşüdür. Bəli, bu gün hər birimiz deyirik ki, kitab oxuyan yoxdur. Yunus bəyin tovuzlu oxucularla görüşü bu fikri tamamilə alt-üst etdi. Yazar bu görüşü ilə sübut etdi ki, insanlarımız kitab oxuyurlar və kitaba qarşı sevgi və məhəbbətləri çoxdur. İstər-istəməz düşündüm ki, gərək kitab da kitab ola ki, oxuyalar. Yunus Oğuzun əsərləri, tarixi romanları Vətən-tarix harayıdır. Vətənin dünəni, bu günü və gələcəyinə yol açan əsərlərdi. Yunus Oğuz müasir dövrdə milli kimliyimizi tanıtdıran və insanları o müqəddəs kökə yenidən bağlayan əsl Vətən oğullarındandır. Elə buna görə sevilir və kitabları da sevgi ilə oxunur! Tovuzlulara isə böyük əhsən düşür. Onlar cəmiyyətimizə, bizlərə kitab oxuma sevgisini, dəyərini necə qoruduqları ismarıcını verdilər. İstər-istəməz yadıma SSRİ-də müxtəlif ziyalıların, söz ustalarının regionlarda tez-tez olmaları düşdü. Belə görüşlər nəinki rayonbarayon təşkil edilirdi, obalarda, dağlarda yerləşən fermalarda da aparılırdı. Doğrudur, bu SSRİ-nin öz imperiya maraqlarının təbliğatına yönəlmişdi. Lakin zənnimcə çox yaxşı və vacib tədbir idi. Bu gün biz müstəqil ölkəyik. Nədən əlaqəli qurumlar regionlarda dəyərli ziyalılarımızın görüşlərini təşkil etmirlər? Axı millətin əsl ziyalıları regionlarda daima insanlarımızın içində olsalar o, insanlarımızın içinə cahillik və ya digər fitnəkar qüvvələr sızmaz . Ziyalı deyəndə isə, hər cibində diplom gəzdirənləri nəzərdə tutmuram. Hər birimizə aydındır ki, bu gün elə bir şərait yaranıb ki, xalq yazıçısı heç də hər dəfə xalqın yazıçısı və ya xalq artisti isə heç də hər dəfə xalqın artisti kimi xalq tərəfindən qəbul edilmir. Xalqın qəlbinə yol tapmaq, orada özünə yer etmək bambaşqadır. Unutmayaq ki, ya xalqın içində təmiz əqidəli, Vətən eşqilə döyünən , tərəfsiz, vicdanlı ziyalılar olmalıdır, ya da xalqın içinə fitnə və cahillik çox asan yol taparaq o qəlblərdə özünə yuva quracaq. Bu isə əsl faciədir! Bu barədə düşünülməlidir! Ziyalılarımızı xalqın arasında görmək ümidilə.
Yunus Oğuz ziyalılığı...- Cavid İsmayıl yazır



Qənirə Paşayeva ilə Yunus Oğuzun Tovuzda möhtəşəm görüşü
Yunus Oğuz Özbəkistanın "BAYOZ" şirkəti ilə müqavilə imzaladı
Türkiyədə Yunus Oğuzun "Cığır" romanının təqdimatı keçirilib
Yunus Oğuz bu dəfə Çingiz xandan yazdı
Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanı çap olunub
Yunus Oğuz "Qızıl ulduz" medalına layiq görüldü
Sumqayıtdakı Səməd Vurğun adına Mərkəzi Kitabxanada yazıçı-publisist Yunus Oğuzla görüş keçirilib
Yunus Oğuzun “Ovçu” romanı Türkiyədə çap edilib
Ədəbi fədaimiz-Yunus OĞUZ
Yunus Oğuzdan "Uçurum" romanı
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu - FOTOLAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 