ONN İnformasiya Agentliyi

Əsas iddia deyil, əsas əməldir - NARGİZ YAZIR

Əsas iddia deyil, əsas əməldir - NARGİZ YAZIR
18-02-2020, 10:30

NARGİZ xüsusi olaraq ONN media üçün Bəli əsas əməldir! Prezidentimiz bunu dünyaya ən möhtəşəm şəkildə sübut etdi. Yəni əzizlərim, gördüyünüz kimi, istedadın, təcrübə və savadın və + haqlılığın qarşısında heç kim dayana bilmir. Heç bir qüvvə tab gətirmir. Bu gün Azərbaycanda gedən proseslər və islahatlar bütün dünyanın nəzərlərini yenidən ölkəmizə doğru çevirib. “Qarabağ Azərbaycandır” –cümləsi ilə dünya tarixində yeni bir şanlı səhifə açılıb. Bəli Qarabağ Azərbaycandır və nida işarəsi”... Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsində maraqlı anlar yaşanıb. İlk dəfə ictimaiyyət önündə gedən siyasi debatda Azərbaycan Respublikasının prezidenti, ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev uğurla qalib gəlib. Siyasi bacarıq, tariximizi və tarixi-coğrafiyamızı mükəmməl bilən, İlham Əliyev, axıcı dil biliyi ilə Ermənistanın əsassız iddialarını bir daha darmadağın edib. Bu isə dünya ictimaiyyətinin, xüsusilə ziyalıların diqqətini çəkib. Bilikli, savadlı insanlar debatda gedən məsələləri yenidən süzgəcdən keçirib, müxtəlif fikirlərlə mətbuatda çıxış etməyə başlayıblar. Bu isə siyasi uğurdur. Bu gün inkişafın pik nöqtəsini yaşayan Azərbaycan, siyasi aspektdən də yeni və uğurlu, tamamilə dünya standartlarına cavab verən qürurlu bir yola girib. Bu gün prezidentimiz cənab İlham Əliyevin özgüvənli, sözləri, fikirləri hikmətli sitatlar kimi dildən-dilə, eldən-elə dolanır. Bu gün Azərbaycan xalqı, xalqa sahib çıxan, xalqa güvənən, xalqını sevən bir liderin siyasi yolunu izləyir, o yolda liderinə dəstək olur və onu sevir. Bəli, cənab prezidentin vurğuladığı kimi, – “Ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur”- bu gün bu fikirlər bütün dünya ictimaiyyətinin dilində, istəsələr də, istəməsələr də tələffüz olundu, bütün qulaqlar bu gerçəyi dönə-dönə eşitdi. Bu sadəcə söz deyil! Bu həm də siyasi özünütəsdiqdir! Uzun müddət sonra hər birimizin buna ehtiyacı vardı. Bu fikirlər, sözlər və belə güclü mövqə hər bir vətəndaşa kim olduğunu, hansı şəraitdə yaşadığını təkrar xatırlatdı. Və bu həm də, dünyaya bir siyasi mesajdır. Siz nə edirsiniz edin, ancaq unutmayın ki, “Qarabağ Azərbaycandır” Nərgiz İSMAYILOVA

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png