Prezident İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub. “Qafqazinfo”nun məlumatına görə, ölkə başçısı Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına cavab verib. “Son vaxtlar Ermənistanın Baş Naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlamı mövcud deyil. Dağlıq Qarabağın əhalisi var ki, onlar da münaqişəyə qədər bərabər hüquqlara malik Azərbaycan və Ermənistan əhalisindən ibarət olub. Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur.
Ermənistanın Azərbaycan qarşı hərbi aqressiyası bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən münaqişə zonasından uzaqda olan Qazaxın dinc sakini vurulub. Həmçinin, deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı qız uşağı daxil olmaqla Azərbaycanın altı dinc sakini öldürülüb. Mən Ermənistan Baş Nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Qarabağ - Azərbaycandır və nida işarəsi”.Əliyev Paşinyanın cavabını verdi - “Qarabağ Azərbaycandır və..."



Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
"Ermənistan güzəştə getməyə hazırdır" - Paşinyan
Paşinyan Qarabağın Azərbaycana aid olduğunu ETİRAF ETDİ
XİN-dən Paşinyanın Berlin bəyanatlarına REAKSİYA
İlham Əliyev: O deməlidir ki, azərbaycanlılar Şuşaya qayıdacaq
Azərbaycan XİN Paşinyanın bəyanatına cavab verdi
Erməni nazir Qarabağa gəlir
XİN -dən Qarabağla bağlı Mnatsakanyanın sərt etirazına REAKSİYA
Qarabağla bağlı bu tezis darmadağın edildi- İlham Əliyev
Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi – VİDEO
Azərbaycan Prezidenti: Hesab edirəm ki, 2019-cu il münaqişənin nizamlanması üçün itirildi
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 