İllər öncə yazılarımın birində ümummilli lider Heydər Əliyevin hələ sovetlər dönəmində Azərbaycanın müstəqilliyini öncədən görərək atdığı bütün addımları illər sonra o müqəddəs anın gəldiyi günə hazırlıq kimi dəyərləndirib konkret faktlar gətirməklə bərabər İlham Əliyevin bir oğul kimi ata qarşısında məsuliyyəti haqqında qeyd etmişdim.
Hər birimizə bəllidir ki, böyük siyasət sadə gözlə görünməsə də bəzi prosesləri daha diqqətlə izləməklə müəyyən məsələləri görmək mümkün idi.
Elə o zaman da bəlli idi ki, müdrik insan, ümummilli lider Heydər Əliyev 2003 -cü il prezident seçkilərində xalqa tarixi müraciət edərkən “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” deməsi bu sözlərin hədəfində nələrin durduğu bəlli idi.
Ümummilli lider Heydər Əliyev xalqa müraciətində xalqı İlham Əliyevi dəstəkləməyə çağırarkən çox böyük əminliklə “...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsi o müdrik insanın Azərbaycan xalqına bəlli olan Vətənə xidmət etdiyi illərin tarixin zəfər səhifəsinə yazılmasını və bununla da dünya var olduqca yaşaması üçün onu həyata keçirə biləcək və özünün siyasi varisi kimi İlham Əliyevi göstərməkdə bu seçimin nə qədər məsuliyyətli olduğunu təbii ki, çox gözəl bilirdi. Ümummilli lider Heydər Əliyev İlham Əliyevi siyasi varisi kimi bu hədəflərə çatacaq bir dövlət adamı kimi gördü və bu qərarını xalqa elan etdi və onu xalqın dəstəkləməsini istədi. Lakin bir çoxları anlamırdı ki, İlham Əliyevin Heydər Əliyev qarşısında təkçə siyasi varislik cavabdehliyi və məsuliyyəti deyil, eyni zamanda bir Türk oğlu olaraq onun ata qarşısında övlad kimi məsuliyyəti də çox böyükdür.
Bəli, 8 noyabr tarixdə-Şuşanın işğalçılardan azad olunduğu gün ilk olaraq Ali Baş Komandan – prezident kimi və eyni zamanda bir oğul kimi ümummilli liderin məzarını ziyarət etdi və Heydər Əliyev ruhu qarşısında baş əyərək siyasi davamçısı kimi hesabatını verməklə bərabər bir igid kimi, ata qarşısında vəsiyyətini yerinə yetirən alnıaçıq bir oğul kimi ATA, MƏN SƏNİN VƏSİYYƏTİNİ YERİNƏ YETİRDİM! deməsi əslində XXI əsrdə əsrlərə dayanan Türk törəsinə uyğun dədə qarşısında verilən hesabat idi.
Elə bu anda da ulu babamız Bilgə Xaqanın sözlərini xatırladım; "Türk bəyləri! Millət! Eşidin! Üstdə Göy basmasa, altda yer dəlinməsə Türk milləti, sənin elini, sənin adətini kim poza bilir?"
Bunları düşmən də qulağına sırğa etsə doğru olar!
Ruhun şad olsun, Ulu Öndər! Yürü, Ali Baş Komandan İLHAM HEYDƏR OĞLU – Zəfərə doğru!




İlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIM
İlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım
Mehriban Əliyeva- Ümummilli lider Heydər Əliyevi ehtiramla yad edirəm
XİN Heydər Əliyevin anım günü münasibəti ilə paylaşım edib
Mehriban Əliyeva Heydər Əliyevin xatirəsini belə yad etdi
İlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIM
Prezidentdən Heydər Əliyevlə bağlı PAYLAŞIM
Azərbaycan tarixinin sönməz günəşidir Heydər Əliyev
MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
Həştərxanda Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 