Ayaz Niyazoviçin zamanında Naxçıvana və naxçıvanlılara qarşı düşməncəsinə mənfi münasibətin olması hələ də yaddaşlarımızdadır. Biz həmin günləri yaşayanlardan olmuşuq. Qəhrəman naxçıvanlılar ov silahı ilə səngərdə erməni və rus qüvvələrinin müsəlləh əsgərlərinə qarşı işıqsız, susuz, çörəksiz, tam blokada şəraitində qeyrətinə sarılaraq döyüşdüyü bir zamanda Moskvanın müti qulu olan Ayaz Niyazoviçin də təzyiqlərinə sinə gərirdi. Yaxşı yadımdadır, Naxçıvana təyyarə reysləri Bakıdan məqsədli olaraq az-az verilirdi. Naxçıvanlılar günlərlə Bakı aeroportunda ac-susuz Naxçıvanla yeganə nəqliyyat əlaqəsi olan təyyarə reyslərini gözləyərək soyuq döşəmələrdə yatırdılar. İnsanlar ölülərini belə zülümlə yola salırdılar. Bilet, təyyarə soruşanda boz sifətləri ilə deyirdilər “GEDİN SİZƏ BİLETİ HEYDƏR ƏLİYEVİNİZ VERSİN!” Bəli, bəzilərinizə qəribə gələr. Lakin bu bir faktdır. Niyazoviç başda olmaqla Rusiya imperiya maraqlarının müti qulları öz aləmlərində xalqa belə zülm etməklə guya naxçıvanlıları ümummilli lider Heydər Əliyevin əleyhinə qaldırmaq istəyirdilər. Bacarmadılar. Bacara da bilməzdilər. Naxçıvanlılar əksinə olaraq hər təzyiqlə üzləşdikcə o müdrik xilaskarın ətrafında daha da sıx birləşdi. İndi Naxçıvana gündə bir reys təyyarə uçur. COVİD testindən keçərək insanlar təyyarəyə buraxılır. Maraqlıdır, nəyə görə tibbi təhlükəsizlik qaydalarına əməl etməklə reyslərin sayı artırılmır? Səbəb nədir? Ümumiyyətlə COVİD bəlası ilə üz-üzə qaldığımız bir gündən AHY-nın Naxçıvana reyslərlə bağlı hoqqasını görəndə düşünürəm, Cahangir Əsgərov indi nə demək istəyir? Yoxsa o da demək istəyir gedin sizə bileti İlham Əliyev versin? Siz anlayın ki, bu xalq ac da qalsa, susuz da olsa, min əziyyət çəksə də Vətəninin, Dövlətinin, Bayrağının, Ali Baş Komandanının yanında olacaqdır. Sizin yeriniz isə...
NƏ DEMƏK İSTƏYİRSİNİZ? – Cavid İSMAYIL yazır



Naxçıvana uçan təyyarə tufana görə geri qayıtdı
Naxçıvana gedən təyyarə tufana görə GERİ QAYITDI
Bakıya qayıdan təyyarə yenidən yola düşdü
19 YANVAR 1990-CI İLDƏ NAXÇIVAN İLK OLARAQ SSRİ-NİN TƏRKİBİNDƏN ÇIXMIŞDI
19 yanvar 1990-cı ildə Naxçıvan ilk olaraq SSRİ-nin tərkibindən çıxmışdı
AZAL-ın təyyarəsi texniki nasazlığa görə geri qayıtdı
Lənkəranda təcili eniş edən təyyarə Naxçıvana yola düşdü
Bakıdan Moskvaya uçan təyyarə təcili eniş etdi
10 manat və AZAL ... - Cavid İSMAYIL yazır
"Kayrat"ı Bakıdan aparan təyyarə qəzaya uğradı
Mahaçqala-Bakı aviareysi bərpa edilir
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ 