Hər birimizə bəllidir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan əsgəri və qəhrəman Azərbaycan ordusunun dünya hərb tarixinə yazdığı 44 günlük Vətən müharibəsi əfsanəvi tarix oldu.
Bu şərəfli 44 günlük Vətən müharibəsi dostları sevindirdi, qürurlandırdı, düşmənlərimizin sinəsinə dağ çəkdi.
Bəli, sözün əsl mənasında düşmənlərə tarixi zərbə vuraraq, sinələrinə dağ çəkmiş oldu.
Lakin bu tarixi zəfərimiz bizi heç də arxayınlaşdırmamalıdır. Məkrli düşmən daha qəddar, daha da quduzlaşıb. Onu da unutmamalıyıq ki, qoca dünya durduqca bizim var olmamız üçün daim ayıq-sayıq və hər sahədə güclü olmalıyıq.
Eyni zamanda unutmamalıyiq ki, müharibə təkçə səngərdə getmir. Bağlı qapı arxalarında, siyasət masalarının üzərində də əsl döyüş gedir. Hərb meydanında güclü olan siyasət meydanında da tarixən güclü olub.
200 ildən artıq şimal ayısının Azərbaycanımız və ümumiyyətlə regiona diş qıcaması da bizlərə bəllidir. O da bəllidir ki, o diş mövcud dönəmdə müqavimətini zəiflətsə də,hələ də zərər verməyə qadirdir.
Xüsüsən də son dövrlər dünya siyasəti bütün etik qaydalardan çıxmış və tam olaraq quduzlaşmışdır. Bu masa ətrafında oturan böyük qara qüvvələrin bütün hərəkətlərindən qan damır. Bəli, günahsız insanların içdikləri qanı. Onları maraqlandıran yalnız və yalnız öz qara xislətlərinin qalibiyyətidir. O qara xislət ki iblisə xidmət edir.
İndi, xüsusən də, regionumuzda geosiyasi vəziyyət ilk baxışdan üzdən sakit axan çaya bənzəsə də, əslində altdan çox iti və burulğanlı axır. Bəli, burulğanlı.
Təsəvvür edin ki, böyük burulğan dövr edir. Ətrafında da hər dövləti bir gəmiyə bənzədin. Kimin gəmisinin sükanının arxasında ağıllı, təmkinli, zəkalı, təcrübəli, cəsarətli kapitan durursa, o gəmi və gəminin bütün heyəti sərnişinləri daha təhlükəsizdir və əmin-əmanlıqla bu dəhşətli, ölümcül burulğandan xilas olmağa şansı olanlardır. Şükürlər olsun ki, bizim sükanın arxasında məhz belə bir Ali Baş Komandan var.
Ən başlıcası da odur ki, bu proseslərdə tək deyilik. Yanımızda canımızdan bir parça olan Anadolu türkləri də var. O sükan da etibarlı və çox cəsarətli rəhbərin əlindədir. Daha diqqətlə baxanda üfüqlərdən görünür ki, yanımıza qazax və özbək qardaşlarımız da istiqamətlənməkdədir. Və bu istiqamətə qırğız qardaşlarımızın da yan alacağı sezilir. Əminəm ki, türkmən qardaşlarımız da titrəyib özünə gələrək qardaşlarının yanında tam olaraq yer alacaqlar. Bəli, biz birlikdə güclüyük və yenilməzik!
Bunu da unutmamalıyıq ki, 44 günlük şərəf tariximizi yazan ordunu zəfərə aparan amillərdən biri də xalqın birliyi, Ali Baş Komandanın yanında yer alması və zəfərə birgə addımlaması oldu. Bəlkə də düşmənlərimizin elə bu gün də qorxulu röyasına bu birlik və bərabərlik də çevrildi.
İndi müəyyən prosesləri izləyəndə çox maraqlı məsələləri müşahidə etmiş oluruq.
Məkrli düşmən məhz həmin birlik və bərabərliyimizi daha da intensiv hədəfə alıb. Bizi zəfərə aparan həmin birlik və bərabərliyimizi məhv etmək üçün nəyi bacarırsa edəcəyi bəllidir.
Bizlər anlamalıyıq ki, düşmən birlik və bərabərliyimizə bütün mümkün istiqamətlərdən zərbələr endirəcək və endirməkdədir.
Biz bir olaraq məkrli düşmənin hiyləsini ifşa etməli, daxilimizdə sapı özümüzdən olan baltalara qarşı mübariz olmalı, sayıqlığımızı bir an belə itirməməliyik. Diqqətimizi Ali Baş Komandandan saniyə belə ayırmamalıyıq. Çünki hər an nəyin nə vaxt lazım olmasını o yaxşı bilir və xalq olaraq lazım bildiyi an gərəkəni etmək üçün sayıq olmalıyıq.



44 günlük əfsanəvi hərb tariximizin görünməyən tərəfləri
"Cığır" romanının Dövlət mükafatına namizədliyinin irəli sürülməsini təqdir edirəm- ÖZƏL Cavid İsmayıl
İçimizdə yetişdirilən satqın toxum!- CAVİD İSMAYIL YAZIR
Ölümün üzünə gülən körpə - Cavid İSMAYIL yazır
Nərimanov rayonundakı 69 saylı körpələr evi-uşaq bağçasında MÖHTƏŞƏM Zəfər bayramı tədbiri keçirilib
Düşmənimiz kimdir? – Cavid İSMAYIL yazır
XİN-dən 27 sentyabrla bağlı paylaşım
Vur, Azərbaycan ƏSGƏRİ! – Cavid İSMAYIL yazır
TÜRKÜN TÖRƏSİNƏ SADİQDİR İLHAM HEYDƏR OĞLU – Cavid İSMAYIL yazır
APREL ZƏFƏRİ – 3 il: Aprel döyüşləri və Azərbaycan gəncinin vəzifələri
Münaqişə keçmişdə qaldı - Hacıyev
Şəhid ailələri və Qarabağ əlillərinə 107 ev verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 