Hər birimizə bəllidir ki, dədədən Türkün bir əlində qılınc, o biri əlində isə saz olub. Musiqi Türkün ruhundadır. Musiqi insana Vətəni də sevdirir, Dövlətçiliyini də. Musiqi ruhun qidası olaraq o ruhu Milli kimliyə bağlayır və Vətənin hər qarış torpağının, hər daşının mamırına çevirir.
Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşması üçün tələb olunan ən vacib istiqamətlərdən biri də Vətənpərvərlik mövzusunda olan musiqi əsərləridir.
Hərbi vətənpərvərlik əxlaqından-tərbiyəsindən söhbət açarkən ilk olaraq hər bir Vətən oğlunun yadına təbii olaraq qan yaddaşımız olan Qarabağ mövzusunda yazılmış əsərlər yada düşür.
Bu günlər mənfur düşmənin Tovuz istiqamətində hücuma keçərək Polad generalımız olmaqla digər qəhrəman oğullarımızın Şəhidlik zirvəsinə ucalması gününə təsadüf edir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Mən də çoxsaylı vətəndaşlar kimi o zamanlar da tv və radiolarımızı tənqid edərək, Vətənpərvər mahnılara və verilişlərə üstünlük vermələrini tələb edirdim. Niyə? Çünki o musiqilərdə yuxarıda qısaca sadaladığım və sadalamadığım digər məqamlara çağırış var
Mən bu yazımda konkret bir musiqidən deyil, bir bəstəçidən söz salmaq istəyirəm. Daha dəqiq, hər birimizin ruhuniu qidalandıran, milli kimliyə bağlayan, Vətən naminə ruhlandıran, igid əsgərlərimizi, qəhrəman oğullarımızı vəsf edən “Cənab Leytenant”, “Qurban Türkün Bayrağına”, “Dövlət mənəm!”, “Vətən Əmanəti”, “İgid Əsgər möhkəm dayan”, “Çağırır Vətən”, “Gedirəm Zəngilana”, “Səma Şahinləri”, “Salam Dar Ağacı” və s. mahnıların bəstəçisi Şahin Musaoğlundan.
Elə bu günlərdə Şahin Musaoğlunun doğum güni idi. Bəstəçinin bioqrafiyasına bir nəzər saldım. Məni hiddətləndirən bir məsələ oldu. Elə bu məsələni də nəzərinizə çatdırmaq istəyirəm.
Bizim olmayan, amma bizə sırımağa çalışılan bəzi musiqilər var ki, onların “bəstəçi”lərinə, milli dəyərlərdən uzaq olan bir sıra insanlara müxtəlif fəxri adlar verilib. Sual doğurur, elə son 30 illik tariximizə nəzər salanda görərik ki, səngərdə yatan əsgəri də, düşmən üstünə getməyə, canını Vətən uğrunda qurban verən əsgərlərimizi dediyim amal uğrunda kökləyən, Xalqı birliyə-bərabərliyə, Dövlətinin yanında olmağa səsləyən, milli kimliyə bağlılığa yönləndirən çoxsaylı musiqilərin bəstəçisinin fəxri adı yoxdur. Sual çıxır, NİYƏ?!
Dillərdə əzbər olan və dəyərlimiz Şəmistan Əlizamanlının ifasında yorulmadan dinlədiyimiz “Cənab Leytenant”, “Qurban Türkün Bayrağına” və digər əsərlərə görəmi? Və ya, hər an, Vətən uğrunda yaşama hüququndan keçməyə hazır olan əsgərin soyuq səngərlərdə zümzümə etdiyi “İGİD ƏSGƏR, MÖHKƏM DAYAN” musiqisinə görəmi?
Fəxri adları təsdiqə təqdim edən yetkililər, fəxri ad alamaq üçün Şahin Musaoğlu nə yazmalıdır?
Nəyə görə hər notundan Vətən səslənən, hər akkordundan Dövlətçilik səslənən bəstələrin müəllifi fəxri ad almamalıdır?!
Onu da qeyd edim ki, bu yazıda Şahin Musaoğlu mövzusuna toxunsam da, bu mövzu ümumilikdə çox ağrılı yerimizdir və zamanında qiyməti verilməyən dəyərli ziyalılarımız əfsuslar olsun ki, hələ də çoxdur.
Dəyərlərimizin dəyərini bilək, əfəndilər!




İsmayıl Dadaşov dünyasını dəyişdi
Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
"Vətən yaşasın" adlı filmin çəkilişinə başlanılıb
Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"
"Vətən bizə əmanətdir" adlı kitab çapdan çıxdı
20 avqust Xan Şuşinskinin doğum gündür
20 avqust Xan Şuşinskinin doğulduğu gündür
20 avqust Xan Şuşinskinin doğulduğu gündür
TÜRKÜN TÖRƏSİNƏ SADİQDİR İLHAM HEYDƏR OĞLU – Cavid İSMAYIL yazır
Musiqi məktəblərinə işə qəbul imtahanla həyata keçiriləcək
5 aprel Asəf Zeynallının doğulduğu gündür
Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu çap olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 