Iqtisadçı alim, hüquqşunas, publisist, "Turan Araşdırma Mərkəzi"nin (TAM) sədri Cavid İsmayılın "Vətən bizə əmanətdir" adlı növbəti kitabı çapdan çıxıb.
Kitabın redaktoru yazıçı-publisist Yunus Oğuz, "Ön söz" ün müəllifi yazıçı-publisist Züleyxa Nadirdir.
Cavid İsmayıl analitik məqalələr toplusundan ibarət olan kitabda milli kökə bağlılıq, vətənpərvərlik, vətən təəssübkeşliyi, hər bir vətən oğlunun vətən maraqlarına sipər olmağı, vətən sevgisinin hər kəs üçün qırmızı xətt olmalı olduğunu bildirir.
Kitabda kənar mənfur qüvvələrdən, dövlətçiliyimizə düşmən kəsilənlərdən, adı özümüzdən olub vətənə xəyanət edənlər və zaman-zaman belə qüvvələrin "dövlət sevər", "Vətən sevər", "milli kökə bağlılıq" libasına bürünmələrindən söz açılır və cəmiyyətimizdə belə qüvvələrə qarşı xalq və dövlət birliyinin daha da sıx olması və belə qüvvələrə qarşı mübarizliyindən bəhs edilir.
Ön söz müəllifi Cavid İsmayılı və kitabı maraqlı məqamlarla təqdim edir: "Cavid İmayıl SÖZ adamı olaraq bir ziyalıdır. O bilir ki, ziyalının işığı təkcə ayrı-ayrı fərdlərin yolunu aydınlatmır, o, həm də bütövlükdə bir xalqın, Vətənin başı üzərində əbədi şəfəq saçan Günəş zərrəsi kimidir. Ziya işığından nur alan insanın Vətən torpağına olan sevgisi tükənməzdir. O, "Ziyalılarımızı "Otel otağı"nda itirməyək" məqaləsində məhz bu işıqdan bəhs edərək soruşur: "Nəyə görə cəmiyyətimizdə bir sıra hallarda tarixin bütün dönəmlərində şərəfli yaşamağı yox, riyakarlığı, satqınlığı özlərinin yaşam brendinə çevirmişlər daim kürsülərdə söz sahibi olurlar? Məhz əksər hallarda çopur cabbarlar önə çəkilir. Nəyə görə cəmiyyətimiz belələrini qəbul edir"? Maraqlıdır ki, Cavid bəy cavabı da sual formasında verir:" Əsl Vətən sevdalıları, dövlətə və dövlətçiliyə bağlı olan ziyalılar, həqiqi elm adamları nadan əlində mənən əzildikdə, sizcə, Vətən sarsılmırmı"?"
ONN media TAM-dan aldığı məlumata əsasən bildirir ki, kitab nəfis şəkildə "Elm və Təhsil" nəşriyyatında çap edilib.



Vətən qarşılıqsız sevilər
“Turan Araşdırma Mərkəzi” nin sədri təltif edilib
Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib - FOTOLAR
Yunus Oğuzun "Cığır" romanı işıq üzü görüb
Vətən sevincinin qığılcımları... – professor Aygün ATTAR
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - ADPU-da
"Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi" – YENİ KİTAB
"Cığır" romanının Dövlət mükafatına namizədliyinin irəli sürülməsini təqdir edirəm- ÖZƏL Cavid İsmayıl
Yunus Oğuzun "Cığır" romanı Sumqayıt Poeziya Evində
"Torpağı Vətən edənlər" kitabı təqdim olundu
Yunus Oğuzun "Cığır"ı Pedoqoji Universitetdə
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 