İlk olaraq qeyd edim ki, əsası türk dünyasının atası olan Mustafa Kamal Atatürk tərəfindən qoyulan müasir Türkiyə cümhuriyyəti demokratik dövlətdir və seçimlərin demokratik keçrilməsinə heç kimin şəkk-şübhəsi də yoxdur.
Bu baxımdan təbii ki, Anadolu Türk qardaşlarımız Türkiyəmizin cumhurbaşqanlığına hansı namizədi seçsələr, bizlər üçün o qəbuldur. Başqa çür ola da bilməz.
Lakin...
Yaxın tarixə bir nəzər.
Əfəndilər! Bu günkü Türkiyə cümhuriyyətinin inkişafı göz önündə. Bu barədə uzun -uzadı yazmaq fikrim yoxdur. Lakin, yaxın tarixə kiçik bir ekskursiya etməklə bu sualın cavabını dolğun görmüş olarıq.
Mərhum eks-prezident Əbülfəz Elçibəy 90-cı illərin əvvəlində rusların birbaşa köməyi ilə qanlı Vətən savaşı zamanı Rusiya, İran və Türkiyəyə mühasirədə olan qız-gəlini, uşaq və qocaları-mülki şəxsləri xilas etmək üçün müraciət etsə də,əfsuslar olsun ki, sırf humanitar kömək üçün olmasına baxmayaraq bu üç dövlətin heç biri bu xahişə məhəl qoymamışdır.
Bəli, bir Türk olaraq Azərbaycan torpaqlarının işğal edilməsində birbaşa və dolayısı ilə erməni terrorizminə dəstək olan Rusiya və İranla bərabər canı və qanı özümüzdən olan Türkiyənin də bu məsələyə biganə qalması şəxsən məni çox sarsıtdı. Bu gün də o xronikanı izlədikcə çox məyus oluram.
Bəli, o zamanki Türkiyə can Azərbaycana humanitar kömək belə etmədi, daha doğrusu edə bilmədi. Niyə? Zənnimcə yumşaq desəm Türkiyə o zaman Rusiyanı qarşısına almaqdan çəkindi. Bəli, mənim üçün bunu yazmaq ürəkağrıdıcı olsa da fakt faktlığında qalır.
İndi isə bugünki Türkiyəyə nəzər salaq.
44 günlük şərəf tariximiz yazılarkən Türkiyə savaşa qədər də dəfələrlə bütün yüksək tribunalardan “Azərbaycan tək deyil” deyə bütün dünyaya, mümkün bütün yüksək tribunalardan açıq bəyan etməklə yanaşı savaşdan öncə və ilk saniyəsindən dediyini real əməllə bütün dünyaya göstərdi.
90-cı illərin əvvəllərində təkçə Rusiyanı qarşısına ala bilməyən Türkiyə, bu dəfə nəinki, Rusiya, eyni zamanda İran, Fransa, dünyada böyük fitnə yuvası olan erməni lobbisi, bir sözlə ABŞ daxil olmaqla türk əleyhinə olan bütün güc mərkəzlərinin qarşısına baba ruhlara layiq olan əsl Türk kimi çıxdı. Bir cümlə ilə ifadə etsək, bu günkiTürkiyə can Azərbaycan üçün bütün Dünyanı qarşısına aldı. "Sən tək deyilsən" deyərək, qardaşa Türk törəsinə sadiq qaydada dayaq oldu.
Bəli, dayaq!
Bu yerdə türk dünyasının atası Atatürkün hələ XX əsrdə dediyi bir kəlamı xatırladım. O, demişdir: "Zaman gələcək ki, sovetlər birliyi dağılacaq. Biz unutmamalıyıq ki, bizim orada qardaşlarımız-türklər var. Biz həmin tarixi ana hazır olmalıyıq"
Bütün bunlar göstərir ki, müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal paşanın tarixi nəsiyyətinə Türkiyə 90-cı illərdə deyil məhz bu gün hazır oldu. Bugünki TÜRKİYƏ!
Bugünki Türkiyə apardığı usta gedişlərlə Türkün bayrağı dalğalanan bütün yerlərdə Atatürkdən miras qalmış müqəddəs ay ulduzlu al bayrağını sancmaqdadır.
Bu günki Türkiyə dünyada gedən çox gərgin geosiyasi proseslər fonunda dünyada söz sahibinə və hesablaşılan, hörmət edilən güc mərkəzinə çevrilmişdir.
Və bütün bu ağır və tarixi proseslərdən zəfər və şərəflə Türkiyə məh cumhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə keçmişdir.
İndi isə gələk Kılıçdaroğluna ....
Bu yaxınlarda CHP lideri, prezidentliyə namizəd Kamal Kılıçdaroğlu "nəqliyyat dəhlizi xəritəsi"ni təqdim etdi, "Əgər seçilərəmsə “Türk Dünyasının xəritəsi” belə olacaq" deyə bəyan etdi.
Kamal Kılıçdaroğluna bir sözüm var.
Türk dünyasının atası yenə də ötən əsrin əvvəlllərində Azərbaycanla və ümumilikdə Türk dünyası ilə əlaqə qırılmasın deyə, İrandan Naxçıvanla 13 kilometirlik ərazini alaraq “Türk qapısı” adlandırmışdı.
Kamal Kılıcdaroğlu, sizə də aydındır ki, Naxçıvan və Zəngəzur daxil olmaqla Azərbaycandan keçməyən yol Türkün yolu olmayıb və ola da bilməz.
Sizin göstərdiyiniz xəritə illərdir Azərbaycanda qan axıdan türk əleyhinə olan dünya güc mərkəzlərinin xəritəsidir. Kifayət qədər savadlı və təcrübəli insansınız. Əlinizdə Türk dünyasının atası və CHP-nin qurucusu olan Atatürkün xəritəsi deyil, türk düşmənlərinin maraqlarını ifadə edən xəritə ilə insanların önünə çıxmağınıza görəsən hansı əməlləriniz səbəb olub? Nədən ehtiyatlanırsınız?
Hə bu arada bir namizədin də video kaseti ortaya çıxdı…
Sizə isə bir sözüm var, sizin yolunuz Türkün yolu deyil! Türkün yolunun sonu Qızıl Almadır! Sizin yolunuzun sonu isə qara zülmət!



Bu gün Mustafa Kamal Atatürkün anım günüdür
Bu gün Mustafa Kamal Atatürkün anım günüdür
Zakir Həsənov Türkiyəni təbrik etdi
Mustafa Kamal Atatürkün anım günüdür
Düşmənimiz kimdir?! - Cavid İSMAYIL yazır
Ölkəmizin Müstəqillik Günüdür
Mustafa Kamal Atatürkün vəfatından 85 il ötür
Bu gün Azərbaycanda Müstəqillik Günü
Düşmənimiz kimdir? – Cavid İSMAYIL yazır
28 may tarixini müqəddəsləşdirənlər!-Cavid İSMAYIL yazır
Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 