Çörək tək qida deyil. Çörək bolluğun, rifahın rəmzidir.
Bütün dünya mətbəxlərində bu və ya digər formada çörək var. Müxtəlif ölkələrdə çörəyi müxtəlif üsullarla, müxtəlif undan və müxtəlif formalarda hazırlayırlar.
Arxeoloqların fikirinə görə, çörək 7000 il bundan əvvəl "icad" olunub.
Çörəyi əksər hallarda buğdadan hazırlayırlar. Buğda möcüzəli bitkidir. Onun tərkibində karbohidratlar, zülallar, praktiki olaraq bütün əsas vitaminlər və minerallar var. Lakin müasir dövrdə buğda xüsusi emaldan keçir ki, nəticədə onun ən faydalı hissələri (taxılın qidaları, rüşeymi) atılır. Məhz belə emaldan sonra biz ağ un ("əla növ" un) əldə edirik. Bu undan ağ yumşaq çörək, bulkalar və s. dadlı məhsullar hazırlanır. Bu məhsullar çox dadlıdır, lakin onların faydası çox azdır. Daim ağ undan hazırlanmış çörək və s. un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin və s. pozulmaların riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda köpə səbəb olur.
Bunlar çörək haqqında deyilənlərdir və həqiqətən də çörəyin tərkibi möcüzələrlə boldur.
Yəqin ki, çoxlarımız xatırlayırıq, Böyük Vətən müharibəsi dövründə yaşayan babalarımız-nənələrimiz çörək qıtlığı haqqında danışanda inanmırdıq, deyirdik görəsən bu həqiqətdir?
İndi isə biz uşaqlarımıza, nəvələrimizə danışanda ki, 1991-1993-cü illərdə çörək qıtlığından əziyyət çəkirdik onlara nağıl kimi görsənir.
Mən 1993-cü ildə könüllü hərbi xidmətdə olanda,(Sumqayıt batalyonu,Ağdam) müharibənin qızğın vaxtları idi, ailəm 3 uşaqla Sumqayıtda çörək tapa bilmirdilər günə 1 çörək alanda sevinirdilər, bəzən olurdu ki, o bir çörəyi də ala bilmirdilər. Bakıdan qayınatam, yaxın qohumlar bir çörək tapıb Sumqayıta uşaqlarıma verəndə onu iki, hətta üç gün yeməyə məcbur idilər.
Əlbətdə ki, keçmiş keçmişdə qaldı, bu gün isə çörək məhsulları süfrələrimizdə boldur. Çörək müqəddəsdir, babalarımızın çörək haqqında çox deyimləri var: "Bir kəslə çörək kəsdin gərək o çörəyi tapdalamıyasan", "gecə körpələrin bələyinə çörək qoyardılar", "çörək tapdalananda eldə qan olar", "çörək yerə düşəndə üç dəfə öpüb qoymalısan gözünün ustünə", "çörək bişirmək üçün xəmir yoğuranda xəmiri yaxşı həll edin. Ən böyük bərəkət bundadır." və s. çox məsəllər çəkmək olar.
Bu taxılın hansı əziiyyətlə əkilməsi, unun necə hasil olması, çörəyin əziiyətlə bişirilməsi insanlara aşılanmalıdır. Taxılı əkəndə torpaqda bir qarış yerdə saxlamaq lazım deyil, çünki o bir qarış torpaqda bitən taxıl bir ovuc buğda deməkdir, o buğda isə bir nəfərin azuqəsidir.
Kəndimizdə hər bir evdə ən azı 10 kisə un olardı, əgər kiminsə çörəyi olmazdısa hamı ona kömək edərdi. Ağsaqqallar deyərdi ki, un ehtiyatınız varsa aclıq olmaz.
Elə insanlar var ki, bir parça çörəyə işləyir, bəziləri isə həmin parça çörəyi küçələrə, tövlələrə,(mal heyvana) meşələrə, səpələyir. Ən qorxulusu isə çörəyin tələyə qoyulmasıdır.
Bir şairin dediyi kimi "Bəzən tələyə də qoyulur ÇÖRƏK"



Gündə neçə dilim çörək yemək faydalıdır?
Yaxşı çörəyi necə seçək - Hansından alaq?
Arıqlamaq üçün hansı çörəyi yemək olar?
İsti çörək yeməyin ziyanı
Boyat çörəyi təzələməyin ASAN YOLU
Bakıda marketdə biyabırçılıq- 10 manata çörək?
Çörək yenə bahalaşdı – 83 qəpiyə...
Buğda çörəyi ilə bağlı dövlət standartı təsdiq edildi
Şuşadan XOŞ XƏBƏR: İlk çörək sexi fəaliyyətə başladı
Çörək alarkən bunlara diqqət edin
Azərbaycanda çörək bahalaşacaq?
MARAQLI ANLAR: Akarla Həsənov çörək bölüşdülər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 