Dəyərli ziyalılar, əziz azərbaycanlılar və ana dilimizin qayğısına qalanlar!
Yazı qaydalarımızın dəyişdirilməsinə biganə qalmayaq! Siz istənilən peşəkar psixoloqa müraciət etsəniz, orfoqrafiyadakı dəyişikliklərin insan beynində nə kimi mənəvi-psixoloji travmalara səbəb olduğunu bilərsiniz. Çətin də olsa, özünüzü toparlayın, fikirlərinizi qeyd edin ki, mənən rahat olasınız! Düzdür, hamınızın daha vacib işləri vardır. Bilirəm ki, bu söhbətlər ortalığa gələndə əsəbləriniz tarıma çəkilir. Siz tələb edə bilərsiniz ki, taleyüklü dilçilik problemlərinin yığılıb qaldığı, yazılmış və yazılmaqda olan, dövlətə və millətə 1 qəpiklik xeyri olmayan tamamilə mənasız, səhv və yanlış dissertasiyaların, kitab və monoqrafiyaların ört-basdır edildiyi, yaxud tərifinin göylərə qaldırıldığı halda nə istəyirsiniz bu orfoqrafiyadan? İctimaiyyəti təşvişə salmağın nə mənası? Dilimizin və xalqımızın tarixini özündə əks etdirən xarici dilllərdə yazılmış və araşdırılmasına ciddi ehtiyac duyulan yüzlərlə fundamental əsərlər qalıb tarixin arxivində və heç kəs özünü işə vermək istəmir. İctimaiyyətin başını belə mənasız və çaşdırıcı işlərlə xarab etməklə heç bir uğur qazanmaq olmaz. Məgər indiyədək "metafora", yaxud "əsgər" yazılıbsa, idrakımız tərs fırlanıb?
Ulu öndər Heydər Əliyev deyirdi: "İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, YÜKSƏK SƏVİYYƏLİ YAZI NORMALARI VARDIR".
Dahiyanə deyilmiş bu fikir həmişə aktuallığını qoruyub saxlayacaqdır. Təsəvvür edin, 2004-cü ildə "metafora", 2013-cü ildə dəyişib "metafor", 2018-ci ildə isə yenidən "metafora" yazırlar (Bu nümunə aysberqin yalnız görünən tərəfidir). Belə təfəkkür sahibləri dövlətdən çox şey alıblar, bu rüsvayçı işlərinin müqabilində hələ yenə də ummaqdadırlar.
PS. Dilimizlə, tariximizlə bağlı arxivlərdə yatmış mötəbər mənbələri ermənilərmi araşdıracaq? Kəsalət, tənbəllik, tüfeylilik, elmsiz cızma-qaraların gurultulu tərifi, doğrudanmı, alnımıza yazılıb? Bu halımızla belə asanlıqla barışırıqmı?
İdris Abbasov
Professor



Günün qoroskopu: siz çox danışırsınız, lakin öz sirlərinizi açmırsınız
Günün qoroskopu: ciddi, sevindirici hadisələr baş verir
Günün qoroskopu: məişət problemlərinin həlli bilavasitə iştirakınızı tələb edir
Magistraturaya növbəti imtahan keçiriləcək
Prezident yeni nazirə VACİB TAPŞIRIQ VERDİ
Çəki atmağın ən rahat yolu
Günün qoroskopu: gəlir vəd edən işlərə başlayın
Günün qoroskopu: Peşəkar məsələlər xeyli güc tələb edir
Xanımları yaşlı göstərən saç düzümləri
Günün qoroskopu: Peşəkar məsələlər xeyli güc tələb edir
Günün qoroskopu: peşəkar məsələlər xeyli güc tələb edir
Günün qoroskopu: Özünüzü rahat və təmkinli hiss edin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 