ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - bu günün emosional fonu müsbətdir, əhvalınız yaxşıdır, hətta ən ağır anlarda da nikbinliyi itirmirsiniz. Yeni tanışlıqlar asan başa gəlir, işgüzar danışıqlar məhsuldar alınır. Sizin qarşınızda geniş imkanlar açılır. Öz gücünüzə şübhə etməməlisiniz. Buğa - günün birinci yarısını mühüm işlərə, ikinci yarısını isə ikinci dərəcəli işlərə həsr etsəniz, yaxşıdır. Təcrübəli həmkarlarınızın tövsiyələrinə bel bağlaya bilərsiniz. Siz başqalarının səhvlərindən öyrənirsiniz, özünüz səhv etmirsiniz. Əkizlər - gün maliyyə cəhətdən yaxşıdır. İstədiyiniz qədər pul xərcləyə bilərsiniz. Ev əşyaları, paltar, kosmetika və parfümeriya əşyaları ala bilərsiniz. Axşam romantik görüşlər üçün münasibdir. Xərçəng - sənədlərin qeydiyyatı ilə məşğul ola və dövlət idarələrini ziyarət edə bilərsiniz. Köhnə münaqişələrin və hüquqi məsələlərin həlli üçün uğurlu bir gündür. Bürcün tənha nümayəndələrini maraqlı tanışlıqlar gözləyir. Şir - vacib işlərə diqqəti cəlb etmək üçün sakit bir gündür. Uğurlarınız göstərdiyiniz səylərə bərabərdir. Bu səbəbdən taleyin ədalətsizliyindən şikayət etməyəcəksiniz. Ola bilər ki, vacib informasiya əldə edəsiniz və bunun vasitəsilə rəqiblərinizi zərərsizləşdirəsiniz. Qız - çətin tapşırıqlardan qorxmayın, bu gün həmin tapşırıqların öhdəsindən gəlmək çətin olmayacaq. Rəqibləriniz görülməyən bacarıq nümayiş etdirsələr belə, siz asanlıqla onlardan öndə olmağı bacaracaqsınız. Nüfuzlu bir insanın dəstəyindən də istifadə edə bilərsiniz. Sadəcə olaraq, özünüzü təbii aparın və ətrafdakılarda müsbət təəssüratlar yaratmağa çalışın. Tərəzi - bu gün həm sınaqlar, həm də qalibiyyətlərlə yadda qalacaq. Əsas odur ki, düzgün istiqamət tutasınız və uğura olan inamınızı itirməyəsiniz. Çox işləməli olacaqsınız, ancaq buna dəyəcək. Bu gün şəxsi və iş münasibətlərinin qurulması üçün də uyğundur. Səmimilik və öz fikrinizin nümayişində açıqlıq tələb olunur. Əqrəb - gün maraqlı, lakin xeyri olmayan tanışlıqlarla da bağlıdır. Mükəmməl yumor hissiniz düşdüyünüz çətin vəziyyətlərdən çıxmaqda sizə yardımçı olacaq. Səmimi münasibətlər yaxınlarınızla əlaqələrinizin qorunmasına kömək olacaq. Oxatan - yaranan problemlər sizi qorxutmur. Səy göstərmək tələb olunsa da, həmin probemləri həll edirsiniz. Sizin ən yaxşı köməkçiləriniz gənclər olacaq. onların ruh yüksəkliyi və nikbinliyi sizə də keçir. İşgüzar münasibətlər romantik münasibətlərə qədər yüksələ bilər. Oğlaq - Vaxtında inadkarlıq göstərirsiniz, güclü və taktiki bir şəkildə öz maraqlarınızı qoruyursunuz. Nəinki münaqişələri yoluna qoymaq, həm də əvvəllər dil tapmadığınız adamlarla dil tapmaq asanlaşır. Uzun müddətli müqavilələr imzalamaq da mümkündür. Vacib layihələr icra edəcəyiniz adamlar da tapa bilərsiniz. Dolça - siz çox danışırsınız, lakin öz sirlərinizi açmırsınız. Bu da qarşı cinsin nümayəndələrinin sizə qarşı marağını artırır. Romantik və davamı olan maraqlı tanışlıqlar da ola bilər. Balıqlar - xoş və rahat bir gündür. İstənilən vəziyyətdə özünüzü rahat hiss edirsiniz. Nüfuzlu adamlarla söhbət zamanı da mənəvi tarazlığı itirmirsiniz. Gün imtahan, işgüzar görüşlər və iş yerinin dəyişdirilməsi üçün də uğurludur. Yeni işlərin qulpundan yapışa, əvvəl görmədiyiniz işlər görə bilərsiniz.(milli.az)
Günün qoroskopu: siz çox danışırsınız, lakin öz sirlərinizi açmırsınız



Günün qoroskopu: gəlir və uğurlu sərmayə istisna deyil
Günün qoroskopu: yeni işlərə başlamaq məsləhət deyil
Günün qoroskopu: İstəsəniz, əhvalınızı yaxşılaşdıra bilərsiniz
Günün qoroskopu: gün böyük uğurlar vəd edir
Günün qoroskopu: Təhriklərə uymasanız, həmən təslim olmasanız, çox şeyə nail ola bilərsiniz
Günün qoroskopu: iş üçün çox yaxşı gündür
Günün qoroskopu: kiçik problemlər və xırda çətinliklər əhvalınızı pozmasın
Günün qoroskopu: ciddi, sevindirici hadisələr baş verir
Günün qoroskopu: itkilərə yol verməmək üçün olduqca ehtiyatlı olmalısınız
Günün qoroskopu: baş verənlərə görə məsuliyyət sizin üzərinizə düşəcək
Günün qoroskopu: Pul xərcləməyiniz məsləhət deyil
Günün qoroskopu: Səhhətinizdə kiçik problemlər yarana bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 