ONN İnformasiya Agentliyi

“Bu komandanın adından başqa Naxçıvana heç bir aidiyyatı yoxdu” – Tahiroviç problemi klub idarəçiliyində görür

“Bu komandanın adından başqa Naxçıvana heç bir aidiyyatı yoxdu” – Tahiroviç problemi klub idarəçiliyində görür
07 Mart 2024 - 19:51

Mövsümün əvvəlində liderlər qrupunda qərarlaşan “Araz-Naxçıvan” artıq 8-ci pillədən boylanır.

Naxçıvanlılar “Kəpəz”in isti nəfəsini kürəyində hiss etməkdədi. Bəs nədən hər şey belə tez dəyişdi? Son uğursuzluqların günahkarı kimdi? Bu sualları “Araz-Naxçıvan”ın mətbuat xidmətinin sabiq rəhbəri Tahir Tahiroviçlə müzakirə etdik:

“Hamı birinci, ikinci və ya üçüncü yerdə ola bilməz. Kimsə uduzmalı, zəif çıxış etməlidi ki, başqası lider kürsüsündə otursun. Nəyin yaxşı, nəyin pis olması müqayisədə ortaya çıxır. Bu tək futbolda yox, həyatda da belədi. Müqayisə etsək, “Araz-Naxçıvan” yaxşı komandadı. Bəhanə kimi demək olar ki, bir neçə aya yığılmışıq. Amma o indiki dövr üçün şərt deyil. Premyer-liqadasansa, ehtiyat oyunçular skamyanda yaxşı futbolçular olmalıdı. Bu, tamaşaçı üçün bəhanə ola bilməz. Belə vəziyyət uzun müddət davam edirsə, deməli, nəsə problem var. Fikrimcə, “Araz-Naxçıvan”da idarəçilik problemi var. Daxildə nə baş verdiyini deyə bilməsək də, kənardan bunu hiss edirik. Bu komandanın adından başqa Naxçıvana heç bir aidiyyatı yoxdu. Komandanın heyətinə baxanda da bunu görmək mümkündü. Naxçıvanda oynasaydılar, son 10 turda ən azı 5 qələbə qazanmışdılar. İnanmıram ki, hansısa güclü komanda Naxçıvandan asanlıqla xalla dönə bilsin. Bəs niyə oynamırlar desək, bu artıq 30 ilin problemidi. 30 il ərzində 500 minlik Muxtar Respublikada normal bir stadion tikilmədi. Tikdiklərinə ya skamya qoydular, işıq qoymadılar, ya da ot əkmədilər, asfalt çəkdilər. Faciə bir dəfədən artıq təkrarlanırsa, bu artıq komediyaya dönür. Artıq “Araz-Naxçıvan”da baş verən hadisələr adamlar üçün adiləşib, hisslər zəifləməyə başlayıb.”Qarabağ” – “Braqa” oyununda stadionda azı 3 min naxçıvanlı var idi. Amma “Araz-Naxçıvan” oynayarkən toplasan, 30 naxçıvanlı olur, ya olmur. Söhbət yerlibazlıqdan getmir. Hər regionun öz tamaşaçısı olmalıdı. Ən böyük problemlərdən biri budu. Tamaşaçı amili əsas rol oynayır. Tamaşaçı yoxdusa, futbolumuz heç kimə lazım deyil. Ən çox heyifsiləndiyim isə ötən il klubu çempion edən Vüqar Abbasovun artıq komandada olmamasıdı. Onun idarəçilik fəlsəfəsi, futbola baxış bucağı tam fərqli idi”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png