ONN İnformasiya Agentliyi

Qızıl Xaç Komitəsi, yoxsa səlib yürüşünə başlamısan? – Cavid İSMAYIL yazır

Qızıl Xaç Komitəsi, yoxsa səlib yürüşünə başlamısan? – Cavid İSMAYIL yazır
13 İyul 2023 - 17:08

Əfəndilər, ilk olaraq bildirim ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi 1863-cü ildə dünya şöhrətli isveçrəli xeyriyyəçi, iş adamı, ilk Nobel mükafatçısı Henri Dünan tərəfindən yaradılmış humanitar təşkilatdır.

Müasir dövrümüzdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq qeyri-hökumət, neytral və siyasi olmayan humanitar təşkilat kimi fəaliyyət göstərməli və təşkilatın fəaliyyətinin əsas istiqaməti silahlı münaqişələrin və daxili iğtişaşların qurbanlarına müdafiə və yardım göstərməkdir.

Təşkilatın maraqlı yaranma tarixi olsa da, bu yazımda təşkilatın mərhəmət çətiri altında qeyri-insani, korrupsiya, müharibə caniləri-nasistlərini ədalət məhkəməsindən yayındırmaq və qaçaqmalçılıq fəaliyyəti ilə bağlı bəzi faktları sizlərin nəzərinə çatdırmaq istəyirəm.

Əfəndilər!

Hələ illər öncə İsveçrədə fəaliyyət göstərən yəhudi diasporu tərəfindən Sürixdə nəşr edilən “İsraelitsche Wochenblatte” qəzetində Qızıl Xaç Komitəsinin köməkliyi ilə İkinci Dünya Müharibəsi zamanı bir sıra çox ağır müharibə cinayəti törətmiş nasistlərə digər adlar altında sənədlər təqdim etməklə ədalət məhkəməsindən yayınmağa köməklik etmələri barədə geniş ifşaedici materiallar dərc edilmişdir.

Bunlardan 1949-cu il mayın 21-də  Qızıl Xaç Komitəsi tərəfindən insanlar üzərində genetik və digər tibbi təcrübələr aparan Osvensim konsentrasiya düşərgəsinin baş həkimi, məhbuslar tərəfindən “Ölüm Mələyi” adı qazanmış qaniçən, qəddar və bütün insani keyfiyyətlərdən uzaq olan Jozef Mengelə, Helmut Qreqor adı ilə yeni pasportun verilməsi və bu ad altında caninin ədalət məhkəməsindən yayınaraq maneəsiz Argentinaya getməsi sübuta yetrilmişdi.

Eyni zamanda təşkilat tərəfindən İkinci Dünya Müharibəsindən sonra bir sıra müharibə canilərinə,  o cümlədən həbs düşərgələrinə konvoyların təşkilatçısı Adolf Eichmann, Liondakı gestapo rəhbəri Klaus Barbier və İtaliyada 335 girovun edamında təqsirli bilinən Erik Pribke kimi yüksək rütbəli nasistlərə başqa adlar altında pasportlar verərək ədalət məhkəməsindən qaçmaq üçün Latın Amerikasına getmələrinə şərait yaratmışdır.

İsveçrənin nüfuzlu nəşri olan “Həftəlik Faktlar” nəşrində Qırmızı Xaç Cəmiyyətinin yuxarıda adları qeyd etdiyim müharibə cinayəti törətmiş canilər və ən azı onlarla digər yüksək rütbəli nasistin ədalətdən qaçmasına kömək etdiyi haqqında da ifşaedici materiallar faktlarla yayımlanmışdır.

Onu da qeyd edim ki, qeyd edilən təkzibedilməz faktlar qarşısında qalan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Cenevrədəki baş qərargahı həmin faktların həqiqiliyini tanımaqla yanaşı, xilas edilmiş nasistlərin daha iki adını – Erich Muller (Cozef Goebbelsin tabeliyində) və nasist rejimi altında evtanaziya proqramına cavabdeh olan Gerhard Bonet-in adını da çəkmişdilər.

Əfəndilər. Media səhifələrindən apardığım araşdırma nəticəsində müəyyən olundu ki, ən yaxın tariximizdə bir neçə il bundan əvvəl Ukraynada bu təşkilatın adı ilə bağlı ciddi qanun pozuntuları,  o cümlədən humanitar yardımların satılması, tibbi kurslardan ödəniş alması, ofşor zonada yaranan şirkətlər vasitəsi ilə müəmmalı maliyyə transferləri və s. kimi insanlar tərəfində ciddi şikayətlər olmuşdur.

Bunlarla bərabər İsveçrənin 2017-ci ildə “Swissinfo” mətbu orqanının “Beynəlxalq Qızıl Xaç Komitəsinin təhlükəli əlaqələri” yazısından elə bir faktı oxumaqla müəyyən edirsən ki, bu təşkilatda artıq siyasi dairələrdən ciddi asılılığı var ki, bu da onun neytrallığını ciddi şübhə altında qoyur.

Bizim Laçın.

Əfəndilər, bu günlərdə Vətən sərhədlərini göz bəbəyi kimi qoruyan qəhrəman əsgərlərimizin Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus maşınların “Laçın” dövlət sərhədindəki buraxılış məntəqəsindən, Respublikamızın ərazisinə  müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

İndi siz fikir verin, bəli yarandığı dövrdən Komitənin apardığı xeyli humanitar işlər bizə məlumdur. Bu aysberqin görünən tərəfi, görünməyən tərəfindən apardığımız araşdırmalardan cüzi məlumat əldə edə bildik. Bəs hələ kim istisna edir ki, mərhəmət çətiri altında gizlənən hansısa siyasətbazlar, kontrabandistlər, müharibə canilərinə yayınmağa şərait yaradanlar və s. daha hansı qanuna zidd, qeyri- insani işlər görüb?

Və məni maraqlandıran digər məsələ. Bu komitə 30 ildən yuxarı blokadada olan Naxçıvana niyə belə canfəşanlıq eləmir? Görəsən bunlar 90-cı illərin əvvəllərində Rusiyanın birbaşa dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı apardığı amansız qeyri-insani cinayətləri nəticəsində əsir düşüşən nəqədər azərbaycanlının ermənilərin əsirliyində məhv edilməsinə göz yumub?

Görəsən bu təşkilat Naxçıvanda ermənilərin blokadası zamanında ən ağır dövr olan keçən əsrin 90-larında elektrik enerjisinin kəsildiyi bir zamanda doğuş üstündə ölən anaların yardımına niyə gəlmədi? Bəs bu təşkilat guya neytraldır?

Nədir, yoxsa səlib yürüşünə başlamısan?

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png