20-25 ildir toyuq-cücə saxlayan Gülcan Pərihanın toyuqları bir-bir xoruz olmağa başlayıb.
Publika.az xəbər verir ki, Türkiyənin Kastamonu adlanan ərazisində yaşayan yaşlı qadın təqaüdə çıxdıqdan sonra həyətində toyuq-cücə bəsləməyə başlayıb. Bir müddət sonra isə toyuqların bir-bir yumurtadan kəsildiyini və yavaş-yavaş xoruza çevrildiyini görür:
"25 ildən çoxdur toyuq-cücə saxlayıram. Belə hadisə başıma üçüncü dəfədir gəlir. Daha əvvəlki illərdə də toyuqlarım xoruza çevrilmişdi. Əsasən tük tökülmə dövrünə girdikdən sonra bəzi toyuqlarımın tükləri daha tünd və parlaq rənglərlə əvəz olunmağa başlayır, quyruqları dəyişir və xoruz kimi banlamağa başlayırlar. Sonuncu dəfə bu hadisə 2 gün qabaq yaşandı. Bir müddət sonra demək olar ki, bütün toyuqlarım tam dəyişərək xoruz olub və xoruz kimi banlamağa başlayırlar. Bunun hansı səbəbdən belə olduğunu anlamıram".
Qadın məsələ ilə bağlı Kastamonu Universitetinin Baytarlıq fakültəsinin mütəxəssislərinə müraciət edib. Həmin heyvanlar laborotoriya müayinəsinə aparılıb. Aparılan tədqiqatlardan sonra baytarlar bunun cinsiyyət dəyişikliyi hadisəsi olduğunu təsdiqləyiblər:
"Bu nadir hadisədir. Patoloji bir proses müşahidə edildiyi üçün toyuq bütün keyfiyyətlərini dəyişir. Hadisəyə isə onların yemləndiyi və saxlandığı torpaqlarda androgen qrupuna daxil testosteron qalıqlı tullantıların olması səbəb olur".



Quş fermasında yanğın: minlərlə cücə tələf olub
Toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar – Sədrdən dəhşətli etiraf
Mollacümənin xoruzu- YUNUS OĞUZ yazır
Azərbaycanda daha bir anti-sanitar toyuq sexi aşkarlandı
Rusiyada bu ərzaqlar yoxa çıxdı
SON DƏQİQƏ: Ağcabədidə güclü yanğın - YARALI VAR
Hakim toyuğu öldürən futbolçuya qırmızı vərəqə göstərdi - Video
Azərbaycanda toyuq əti bahalaşdı
95 tələbə tantunidən zəhərləndi
Evdə toyuq kolbasasını belə hazırlayın
Bakıda qanunsuz toyuq sexi aşkarlanıb
Toyuq sexində iyrənc mənzərə
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 