Xudat şəhəri, H.Əliyev prospektinin yaxınlığında fəaliyyət göstərən quş kəsimi sexininin faəliyyəti məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, buna səbəb heç bir dövlət qeydiyyatı olmadan, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğunun aşkarlanmasıdır.
41 kiloqram soyulmuş toyuq cəmdəyi aşkar olunan emal sahəsində toyuqların texniki-normativ tələblərə əməl edilmədən, kustar üsulla kəsildiyi, antisanitar şəraitdə tükdən təmizləndiyi, uzun müddət aliminium çanaqlarda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən şəraitdə saxlanıldığı müəyyən olunub.
Məlum olub ki, sexdə hazırlanan toyuq məhsullarının satışı heç bir etiketlənmə aparılmadan pərakəndə şəkildə həyata keçirilir.
Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.



Azərbaycanda daha bir anti-sanitar toyuq sexi aşkarlandı
Bakıda qanunsuz toyuq sexi aşkarlanıb
Pendir sexində acınacaqlı görüntülər - Bərdədə
Azərbaycanda görünməmiş iyrənclik: yediyimiz dönərlərin əti burdan gəlirmiş – FOTOLAR
Artıq bu limonadı içməyəcəksiniz
Daha bir antisanitar sex aşkarlandı
“İvanovka” adı altında süd məhsulları istehsal edən sex bağlandı
Saxta spirtli içki emal edən sex aşkarlandı
Daha bir sexdən iyrənc görüntülər
İsmayıllıda aptekdə aşkarlanan nöqsanlar bunlardır
Bakıda qanunsuz kəsim məntəqələri aşkarlandı
Şamaxıda kafedə nöqsanlar aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 