Hər bir insanın yaşadığı yeri onun qalası adlandırmaq olar. Lakin bir çoxlarının bu evin divarlarında gizlənən ölümcül təhlükələrdən xəbərləri yoxdur. Buna görə də mütəxəssislər evdə ən təhlükəli olan və onun sakinlərinin ölümünə gətirib çıxaran TOP-5-liyi tərtib ediblər.
ONN media xəbər verir ki, siyahıda birinci yerdə adi hava qeyd olunub. Havada allergiyanın ən geniş yayılma səbəbi olan toz gənəsi yaşayır ki, istər-istəməz nəfəsimizlə onu orqanizmə qəbul edirik. Əksər hallarda bu gənə astmanı törədə bilir. Danimarkalı mütəxəssislər müşahidə ediblər ki, astma xəstələri döşəkdə olan tozdan əziyyət çəkirlər. Əgər çarpayıda 1 qram tozda 100 gənə normal hesab edilirsə, 1 qram tozda 110 gənə aşkar olunub. Bunun qarşısını almaqdan ötrü mənzilin havasını tez-tez dəyişmək və rütubətin qarşısını almaq vacibdir. Çünki rütubət gənənin çoxalmasına şərait yaradır.
İkinci yerdə məişət kimyasıdır. ABŞ alimləri standart təmizlik vasitələrini araşdırıblar. Məlum olub ki, onların tərkibində daha çox olan ftalatlar hormonlara və testosteronun yaranmasına təsir edir. Bundan əlavə, evlərdə tozla yanaşı, fenol qalıqları da müşahidə olunub ki, insanlar bununla nəfəs alıblar. Bütün bu cisimlər immunitetə ziyan vurur, hormonal mühiti pozur və nəticədə xərçəngə gətirib çıxarır. Ətirli şamlar da çox təhlükəlidir. Səbəb onların tərkibindəki qurğuşundadır. Hamilə qadınlara bu tip şamdan və çöplərdən istifadə etmək məsləhət görülmür. Əks halda bu, genetik mutasiyaya, astmaya, dermatitə və onkoloji xəstəliklərə səbəb olur.
Siyahıda daha sonra otaq bitkiləri, məsələn, aloe gəlir. Evdə bu bitkidən hazırlanan sulu dərmanlar ürək və əzələ, qaraciyər və allergiya problemləri yaradır. Top-5-lik kiflə qapanır. Kif ağciyər, astma, allergiya və s. xəstəliklərə səbəb olur. Sadəcə, havanın rütubətini izləmək, vanna otağında və mətbəxdə kifin qarşısını vaxtında almaq vacibdir.



Ev tozu xərçəng yarada bilər
İstanbulda gənələr binaya hücum etdi
Bu dəfə bəla GƏNƏDƏN GƏLİR: qanda leykositlərin sayı azalacaq və...
Ən təhlükəli məişət əşyaları. Onlardan hər gün istifadə edirik!
Bu əşya sızanaqların yaranmasına səbəb olur
Xəstə damaqlar bu ağır pozulmaya səbəb olur
Qaraciyər yağlanmasının qarşısını alır - Evdə hazırlayın
Artıq çəkisi olanlara koronavirus xəbərdarlığı
Ürəyi qoruyur, insult riskini azaldır - Gündə 1 yumurta yeyin
Alimlər təhlükəli xəstəliklərlə qan qrupu arasında əlaqə kəşf etdilər
"Android" sistemində təhlükəli boşluq aşkar edildi
Ürəyi gücləndirən FAYDALI İÇKİLƏR
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 